• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil sistemində daha bir yenilik

Təhsil sistemində daha bir yenilik
28.09.2018 14:15
Ümumtəhsil pilləsində təhsilalanların attestasiyasının aparılması qaydalarına edilən dəyişikliyə əsasən keçiriləcək summativ qiymətləndirmələrin sayı da konkretləşib.
 
AzVision.az "Azərbaycan müəllimi” qəzetinə istinadən bildirir ki, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov deyib. O bilirib ki, orta təhsil səviyyəsində kiçik summativ qiymətləndirmələrin sayı hər yarım ildə 3-dən az olmamalıdır. 

Vidadi Bağırovun sözlərinə görə, bu şərt ona görə qoyulub ki, 1 və 2 qiymətləndirmə əldə edilən bilik və bacarıqları müəyyən etməkdə kifayət deyil. Azı 3 kiçik summativ qiymətləndirmə olmalıdır ki, şagirdlərin nəyə qadir olduqları ilə bağlı reallığı tam əks etdirsin.

"Yeni yanaşmada böyük summativ qiymətləndirmələrin sayı azalıb. Belə ki, ümumi təhsil pilləsində hər səviyyənin sonunda bütün fənlərdən böyük summativ qiymətləndirmə nəzərdə tutulub. Yəni, ibtidai təhsil səviyyəsinin sonunda - IV sinifdə, ümumi orta təhsil səviyyəsinin sonunda - IX sinifdə və tam orta təhsil səviyyəsinin sonunda - XI sinifdə bütün fənlər üzrə böyük summativ qiymətləndirmə keçiriləcək. Bu da hər təhsil səviyyəsinin sonunda əldə edilən bilik və bacarıqların ölçülməsi məqsədi daşıyır. Digər siniflərdə - V, VI, VII, VIII və X siniflərdə yalnız buraxılış imtahanları olan fənlərdən böyük summativ qiymətləndirmələr keçiriləcək.

Beləliklə, yeni qiymətləndirmə qaydalarına görə, kiçik summativ qiymətləndirmə dərs vaxtı, bir dərs saatında, böyük summativ qiymətləndirmə isə dərsdənkənar saatda və daha böyük - 90 dəqiqəyə qədər vaxt ərzində həyata keçirilməlidir”.

Vidadi Bağırov qeyd edib ki, yeni qiymətləndirmə, tətbiq edilən təhsil formasından asılı olmayaraq, məktəblərə daha geniş imkanlar verəcək. O cümlədən, beynəlxalq proqramların tətbiq edildiyi ümumtəhsil müəssisələrində qiymətləndirmə həmin təhsil müəssisələrinin spesifikliyinə uyğun həyata keçiriləcək.

"Bu sərbəstlik ona gətirib çıxaracaq ki, summativ qiymətləndirmələr məktəblərdə fərqlənəcək. Sinif komplektləri hər məktəbdə fərqləndiyi üçün yeni qiymətləndirmə hər məktəbdə fərqlənəcək. Bu təhsil müəssisələrində daha bir fərq də ola bilər. Belə ki, lisey və gimnaziyalarda, həmçinin təmayülləşmənin tətbiq edildiyi tam orta təhsil mərhələsi üzrə böyük summativ qiymətləndirmələr, sadəcə buraxılış imtahanına düşən fənlər üzrə deyil, daha çox fəndən keçirilə bilər”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol