• $
  • €
  • ₽
  • ₺
  • £

Kimyəvi təmizləməyə pul xərcləməyəcəksiniz

Kimyəvi təmizləməyə pul xərcləməyəcəksiniz
28.05.2020 23:11
Havalar soyuduqca daha qalın və rahat geyimlər seçməyə çalışırıq. Qış aylarının ideal üst geyimi isə artıq uzun illərdir, sintepon materiallı gödəkçələrdir. Lakin zaman keçdikcə bu geyimlər də çirklənib, ləkələnir. Xüsusən yağış, xanımlara tanış olan tonal krem və s. ləkələrdən sonra gödəkçələrin ilk günkü görünüşündən əsər-əlamət qalmır. Kimyəvi təmizləmə xidməti isə çoxumuzun cibinə uyğun deyil.

Publika.az pux materiallı gödəkçələrimizi evdə özümüz yuyaq. Bunun üçün aşağıdakı ardıcıl 7 qızıl qaydaya əməl etmək lazımdır.

Bu şərtlərə əməl edərək, yuduğunuz gödəkçələriniz, təravətli və tər-təmiz olacaq.

1 Öncə gödəkçənin zəncirbəndini (zamok) sonadək bağlayın, üzərində xəz varsa çıxardın. Gödəkçəni tərs üzünə çevirin.

2 Paltaryuyan maşında yalnız gödəkcəni yuyun.

3 Maşının barabanına gödəkçə ilə birgə bir neçə ədəd ya rezin ya da tennis topu atın ki, içərisindəki pux yumaq şəkilinə düşməsin. Əgər tennis topu qoyacaqsınızsa, öncədən topları yuyun.

4 Yalnız və yalnız maye təmizləyici vasitə istifadə edin. Təmizləyici toz vasitə qətiyyən olmaz!

5 Paltaryuyan maşının ən incə geyimlər üçün olan rejimini tənzimləyin. Suyun istiliyi 30 dərəcədən isti olmamalıdır. Sıxma funksiyasını isə minimal sürətdə ayarlayın (məs: 400).

6 Pux materiallı gödəkçəni mütləq havada qurutmaq lazımdır. Onu səliqə ilə asıb, aradabir götürüb, ehmalca çırpın. Bu zaman içərisi yumaq kimi qalmayacaq, və daha tez quruyacaq.

7 Yadda saxlayın ki, bu materialdan olan gödəkçələrin quruma prosesi bir neçə gün vaxt alacaq. Bütün planlarınızı da buna görə tənzimləyin. Yəni hava şəraiti və bir neçə gün bu gödəkçənizi digər üst geyimi ilə əvəzləmək imkanlarınızı nəzərə alın.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol