• $
  • €
  • ₽
  • ₺
  • £

Narkodispanserdəki yanğının şahidindən etiraflar

Narkodispanserdəki yanğının şahidindən etiraflar
09.11.2018 11:49
Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.


Anews.az "Report"a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Rasim Hüseynov ifadə verib.


O bildirib ki, əvvəllər spirtli içki aludəçisi olduğu üçün Mərkəzdə müalicə alıb.


R.Hüseynov hadisə haqqında danışan zaman söyləyib ki, yanğın gecə saatlarında başlayıb: "Həmin vaxt dəhşətli mənzərə idi. Onlar ağlayan zaman deyirdilər ki, "Rasim, "bizi buraxma". Biz də bu tərəfdə ağlayırdıq. Həmin vaxt çox çalışdım ki, dəmir barmaqlığı qırım, lakin gücüm çatmadı".


Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən M.Məmmədovu hələ birinci müalicə dövründən tanıyır: "Orada müalicə alan şəxslərin hamısı bilirdi ki, mən səhər saat 5-dən sonra yata bilmirdim. Yanğın baş verən gün də eyni vaxtda oyanıb palatadan dəhlizə çıxmışdım. Həmin vaxt 3-4 nəfər başqa adam da oyaq idi. Söhbət edirdik, bir də gördük dəhlizin o başından tüstü gəlir. Tez qaçdıq, sonra Nail girib palatadakı iki nəfəri sürüyüb çıxarmağa çalışdı. Mühafizəçi Amid də su dalınca getdi. Biz də qaçdıq bir-bir palataların qapılarını döyüb adamları oyatmağa. Onlar dərmanların təsirindən dərin yuxuya getmişdilər deyə ayıla bilmirdilər. Sanitar xəstələrin sinəsinin üstünə tullanırdı ki, onları oyatsın".


R.Hüseynov ifadəsində vurğulayıb ki, palata yoldaşı da yanğında dünyasını dəyişib: "Elnur Qazaxdan idi, o, saz çalırdı. Həmin vaxt onu oyatdım, lakin çölə çıxanda Elnuru görmədim. Ona görə də geri qayıtdım. Tüstü çox olduğu üçün özüm də boğulurdum. Elə mən çıxandan iki dəqiqə sonra iynə-dərman olan otaq partladı. Yanğınsöndürənlər də suyu lap ortadan vurdular deyə dam çökdü”.


Məhkəmənin növbəti iclası dekabrın 4-nə təyin edilib.


Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.


Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata verilib. O, daha sonra dünyasını dəyişib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol