• $
  • €
  • ₽
  • ₺
  • £

Bu bitki ana südünü də əvəz edir

Bu bitki ana südünü də əvəz edir
12.12.2018 22:30
Zeytunun meyvəsi ölümsüzlük və bərəkət, yarpaqları yeni həyat, budağı isə sülh rəmzi sayılır. Qədim yunanlar zeytun yağını "maye qızıl” adlandırırdılar.

Anews.az AzərTac-a xəbər verir ki, bu bitkinin tərkibində praktik olaraq insan orqanizminə lazım olan bütün mikroelement və vitaminlər var. Onun meyvəsinin 80 faizi doymamış yağ turşularından ibarətdir. Həmin yağlar isə heyvani yağdan fərqli olaraq aterosklerozun inkişafını dayandırır, ürək-damar sisteminə və həzm orqanlarının fəaliyyətinə müsbət təsir göstərir. Tərkibindəki F vitamininin əsas komponenti hüceyrə membranının qurulmasında iştirak edir. İmmunostimulyator, həzmyaxşılaşdırıcı, xora əleyhinə, qan laxtalandırıcı, antioksidant və zəif işlədici təsirlərə malik zeytun yarpaqlarının tərkibindəki oleuropein qan təzyiqini də stabilləşdirməyə kömək edir.

Fransız diyetoloqlarının fikrincə, zeytun yağı orqanizmi demək olar ki, bütün xəstəliklərdən qoruyur, qocalmanı dayandırır, bədəni cavanlaşdırır və ömrü uzadır. Kardioloqlar zeytun yağının miokard infarktı riskini 70 faiz azaltdığını söyləyirlər.

Zeytunun tərkibindəki doymamış yağ turşuları qadın cinsiyyət vəzilərinin funksiyasını normalaşdırır. Alimlər bitkinin tərkibindəki yağ turşularının ana südünə çox yaxın olduğunu müəyyən ediblər. Zeytun ağacının qabıqlarından kinə əvəzedicisi kimi istifadə olunmasına çalışırlar.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol