• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz İbrahimovu təhqir edən psixoloqu hansı cəza gözləyir? - FOTO

Mübariz İbrahimovu təhqir edən psixoloqu hansı cəza gözləyir? - FOTO
29.05.2020 11:58
Psixoloq Nərmin Şahmarzadə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov barədə açıqlaması ilə gündəmə gəlib.

O, sosial şəbəkədəki statusunda Mübariz İbrahimovu "cinayətkar və qatil” adlandırıb: "Azərbaycan kişisi deyəndə nümunə kimi Mübariz İbrahimovu çəkdi bir dostum, amma mən belə hesab etmirəm. Döyüş zamanı olsa, özünü və vətəni müdafiə deyərək insanı öldürməyə hardasa qəhrəmanlıq demək olar. Çünki dəyər hesab etdiyin insanlıq, mərhəmət hissini digər dəyər hesab etdiyin şeyə qurban verirsən, o öldürdüyün adama düşmən desən də, vicdanın sızlayar yəqin ki, buna görə dəyər hesab etdiyin şeyi qorumaq üçün digər dəyərindən imtina etməyinə bəlkə də qəhrəmanlıq demək olar. Amma döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır, mənə görə. Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi.



Bəlkə də yatarkən ailəsinə qovuşması üçün bir günün daha bitdiyini təsəvvür eləmişdi. Amma kimsə onu etmədiyi bir şeyə görə günahlandırıb öldürür. Həmçinin Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman. Çünki əmr almadan sərhədi keçmişdi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”. 

Psixoloqun bu fikri sosial şəbəkələrdə ciddi müzakirə yaradıb. Sosial şəbəkə istifadəçiləri Mili Qəhrəman barəsində söylənilən bu fikirlərə görə psixoloqun məsuliyyətə cəlb olunmasını tələb ediblər. 



Ümumiyyətlə, Milli Qəhrəmanın böhtan və yaxud təhqirə məruz qalması məsuliyyət yaradırmı?

Hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında deyib ki, qanunvericilikdə istənilən şəxs, yaxud onun xatirəsinin təhqir edilməsiylə bağlı məhkəməyə müraciət nəzərdə tutulub: "Təhqir və ya böhtanla bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət nəzərdə tutulur. İnsan sağdırsa, özü müraciət edir. Dünyasını dəyişibsə, onun hüquqi varisləri məhkəməyə müraciət edə bilər. Düzdür, mən o fikirlərlə tanış deyiləm. Ona görə də bilmirəm ki, bu fikirlər böhtana, ya təhqirə uyğundur, ya yox. Hər halda ikisindən biri, yaxud da hər iki məsələ ilə bağlı məhkəməyə müraciət etmək mümkündür”. 
 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol