• $
  • €
  • ₽
  • ₺
  • £

"Orda başqa qaranlıq söhbətlər var idi" - Nazim İbrahimovun qardaşının məhkəməsi

"Orda başqa qaranlıq söhbətlər var idi" - Nazim İbrahimovun qardaşının məhkəməsi
29.05.2020 04:45
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Ehtiram Əhmədov ifadə verib.

O, S.İbrahimovu əvvəllər tanımadığını, mənzili Eldəniz Cəfərovdan aldığını deyib: "Sənədləşmə işlərini isə Məzahir Cəfərovla etdik. Mənzilin müqaviləsini Məzahirdən aldım, 4 ildir həmin evdə yaşayıram. Bu günə kimi evlə bağlı heç bir problem olmayıb".

Zərərçəkmiş ona heç bir ziyanın dəymədiyini söyləyib.

Daha sonra digər zərərçəkmiş Mübariz Əhmədov dindirilib. O, mənzil almaq üçün pulu S.İbrahimovun özünə verdiyini qeyd edib: "Əvvəl Sahib mənzilin qiymətini 96 400 dollar dedi. Bu qədər pulumun olmadığını bildirdim. Sahib İbrahimov yarısını ödəyib, qalanı isə hissə-hissə verə biləcəyimi qeyd etdi. Növbəti gün ofisdə Sahibə 48 min 200 dollar ödədim. Sonra hər ay ödəməklə, ümumilikdə daha 20 min dollar pul verdim. 2017-ci ildə komendant mənə zəng edib "sənin burada mənzilin yoxdur" dedi. Mən də Sahibin yanına gedib bu barədə ona söylədim. O, mənə "sənə bir dəfə mənzil vermişəm, get evinə sahib çıx" dedi. Orda başqa nəsə qaranlıq söhnətlər var idi. Prokurorluğa şikayət edəndən sonra Sahib İbrahimov mənə başqa yerdən mənzil verdi. Xətaidəki binada mənə verilən mənzil də başqasına satılmışdı".

O, S.İbrahimovdan şikayətçi olmadığını söyləyib.

Məhkəmənin növbəti prosesi 2019-cu ilin yanvarın 9-na təyin edilib.

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib.

Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərərin bir qisimini ödəyib. (Report)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol