• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqların kompüterdə oynaması zərərli deyilmiş – yeni araşdırma

Uşaqların kompüterdə oynaması zərərli deyilmiş – yeni araşdırma
28.05.2020 23:52
Valideynlər uşaqlarının kompüter, telefon başında çox vaxt keçirməsini narahatlıqla qarşılayırlar. Amma mütəxəssislər sübut edib ki, onlar "ekran saatı” söhbətini çox da böyütməməlidilər.
İngiltərədə ilk dəfə həyata keçirilən bir araşdırmaya qatılan pediatrlar "ekranlı” fəaliyyətlərin təkbaşına çox zərərli olması ilə bağlı az dəlil olduğunu deyib. Mütəxəssislər cihazdan istifadənin, sağlam bir orqanizm üçün faydalı olan, məsələn, yuxu, gimnastika və ailə ilə birlikdə keçirilən zamanın yerinə keçməməli olduğunu deyirlər.
Bu sahədəki ilk araşdırma nəticəsində uşaqlara bir "ekran zamanı” məhdudiyyəti qoymaqdan qaçmağın da vacibliyi bildirilib. Amma yatmazdan öncəki son bir saatda ondan istifadəyə son qoyulmalıdır.
Krallıq Universiteti Pediatriya və Uşaq Sağlamlığı Bölümündən (The Royal College of Paediatrics and Child Health) mütəxəssislər tərəfindən həyata keçirilən və 18 yaşdan kiçik gənc və uşaqları əhatə edən araşdırmada məlum olub ki, ekran başında keçirilən müddətin sağlamlıq üçün zərərli olması ilə bağlı konkret bir dəlil yoxdur.
Universitet açıqlayıb ki, ekrandan çox istifadə ilə şişmanlıq və depressiya arasında əlaqə olsa da, bu əlaqənin alt qatları açıqlanmadığı üçün konkret heç nə demək olmur. Pedatrlar ekran limiti qoymadıqları araşdırmalarında ailələrə, aşağıdakı syaların cavabları üzərindən qərar vermələrini məsləhət gördü:
Uşaqlarınızın ekran başında keçirdiyi müddəti təqib edə bilirsinizmi?
Ekran başında keçirilən müddət sizing ailə olaraq edəcəklərinizi əngəlləyirmi?
Ekran başında keçirilən müddət yuxu sisteminə təsir edirmi?
Ekran saatı zamanı uşağınızın yediklərinə (çips, kraker, peçenye) nəzarət edə bilirsinizmi?
Bu araşdırmaya qatılan mütəxəssislərdən həkim Max Davie, computer və tabletlərin "dünyanı kəşf etmək sahəsində müdhiş bir vasitə” olduğu fikrini müdafiə edir və davam edir: "Ailələr bu cihazlarda "təyini mümkün olmayan bir problem” olması fikrinə inandırıldılar. Əgər yuxarıdakı suallara cavab verdikdən sonra ir problem olduğunu düşünmürsüzsə, həyatınıza davam edin və narahat olmaqdan əl çəkin. Amma əgər bəzi problemlər varsa və bəzi problemlər yaşayırsınızsa, ekran başında keçirilən müddət bu sıxıntılara təsir edən bir prosesə çevrilə bilər”.
Universitet eyni zamanda ailələrə ekran saatını müəyyənləşdirmək məsələsində uşaqlarla anlaşma yoluna getmələrini tövsiyyə edir. Uşaqlar və daha kiçik yaşdakılar üçün isə valideynləri qərarverici olmalıdır. Yəni, ancaq onlar müəyyən edə bilər ki, uşaqlar nəyi və nə qədər seyr edə bilərlər. Yaş artdıqca isə uşaqlara addım-addım müstəqillik sahələri saxlanması tövsiyyə edilir.
Ailələrə məsləhətlər:
Universitetin hazırladığı siyahıda ailələrə yönəldilmiş məsləhətlər də yer alır:
Yemək zamanı ekrandan uzaq olmalıdır.
Əgər uşağın ekran saatında əndazəyə qaçdığı düşünülürsə, bu zaman valideyn dövrəyə girə bilər.
Valideynlər özləri "bəs mən ekran başında keçirdiyim müddəti nəzarət altında saxlaya bilirəmmi” sualına cavab verməlidir.
Kiçik yaşdakı uşaqları ilə yüz faiz əlaqə, ünsiyyət qurmalıdılar. Ekranlar bunun yerinə keçə bilməz.
Bu araşdırma ilə paralel olaraq həyata keçirilən bir başqa araşdırmada isə qeyd olunub ki, 14 yaşlı qızlar oğlanlarla müqayisədə iki dəfə daha artıq depressiyaya düçar olur. Araşdırma Londondakı University College tərəfindən, 11 min gəncin qatılımı ilə həyata keçirilib. Sorğuda iştriak edən sosial media istifadəçiləri, virtual təcavüz, yuxu sistemi, özünə arxayınlıqla bağlı sualları cavablandırıb.(musavat)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol