• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “donuz qripi” fırıldaqçıları peyda olub - Əhaliyə xəbərdarlıq

Bakıda “donuz qripi” fırıldaqçıları peyda olub - Əhaliyə xəbərdarlıq
29.05.2020 04:57
Xətai, Suraxanı və Sabunçu rayonlarında yeni fırıldaqçılar peyda olub.

Anews.az xəbər verir ki, sözügedən rayon sakinlərinin Medicina.az-a verdiyi məlumata görə, bir neçə gənc əllərinə bir aparat götürərək binaların qarşısını gəzir. Onlar bloklara girərək guya "donuz qripi”nə qarşı dezinfeksiya apardıqlarını deyirlər. Həmin şəxslər qapıları döyərək dezinfeksiya etməyi təklif edir, bunun qarşılığında isə 2 manat pul istəyirlər.

Medicina.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, onlara belə bir tapşırıq verilməyib.

"Dezinfeksiya”nın aparıldığı rayonlardan biri - Suraxanı rayon Dezinfeksiya İdarəsindən də fakt təkzib olunub. İdarədən qeyd olunub ki, onlarda da belə "fırıldaq”la bağlı məlumat var: "Bizə belə bir göstəriş yoxdur. Biz də eşitmişik ki, bir neçə oğlan gəzir, bloklara nəsə fısqırdır və sakinlərdən onların da qapısını "dezinfeksiya” eləmək üçün pul alırlar. Verənlər də olur, verməyənlər də. Bizə göstəriş verilməyib. Hətta bizə göstəriş olsa da, binalarda dezinfeksiya etmirik. Biz bağça, məktəb, xəstəxana, iaşə obyektlərini – yəni kütləvi yerləri dezinfeksiya edirik. Kimdirsə, pul yığmaq məqsədilə edir. Çünki qapını və bloku "donuz qripi”nə qarşı dezinfeksiya etmək mənasızdır. Sakinlər gələn şəxslərdən şəxsiyyət vəsiqəsi, işlədiyi yerin vəsiqəsini istəsin”. 

Sakinlərə belə halla rastlaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etmələri məsləhət görülür.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol