• $
  • €
  • ₽
  • ₺
  • £

Qızdırma zamanı edilən səhvlər - Uşaqlara dərman verməyin, spirtlə, sirkəylə masaj qəti olmaz!

Qızdırma zamanı edilən səhvlər - Uşaqlara dərman verməyin, spirtlə, sirkəylə masaj qəti olmaz!
29.05.2020 08:04
Uşağın xəstələnəcəyini əvvəlcədən bilmək mümkün deyil. Tamamilə sağlam uşaq 2 dəqiqə sonra qızdırmadan od tutub yana bilər. Belə olduqda necə davranmaq lazımdır? Uşağın qızdırmasını endirmək lazımdır, yaxsa gözləmək? 

Anews.az medicina.az-a istinadən bildirir ki, qızdırma infeksion xəstəliyin qarşısını almaq məqsədilə lazım olan maddələrin sintezinin artırmaq üçün beyində yaranan siqnaldır. Virusların ən başlıca düşməni olan interferon zülalının səviyyəsi birbaşa olaraq bədənin temperaturundan asılıdır. Başqa sözlə, orqanizmin temperaturu nə qədər yüksək olarsa, sözügedən təbii dərman maddəsi daha çox sintez olunur. 
Temperaturu necə aşağı salmaq olar? 

Biz uşağın temperaturu artan kimi onu dərhal aşağı salmağa çalışırıq. Amma bu, düzgün deyil. Belə olduqda orqanizm özü xəstəliyə qalıb gələ bilmir. 
Bilmək vacibdir: qızdırma salan dərmanlar uşağın temperaturu olanda yox, onun ümumi vəziyyəti pis olduqda verilməlidir! 
Qızdırmanı nə vaxt salmaq lazımdır?

Bəzi uşaqlar  39°-də özlərini yaxşı hiss edir, bəziləri isə 37,5°-də yataqdan qalxa bilmirlər. Burdan belə bir nəticəyə gəlmək olar ki, hər uşağın özünün səddi var və onu keçərək risk etmək lazım deyil. Əgər temperatur 39,5°-ə qədər artıbsa o zaman fəaliyyətə keçmək lazımdır.
Temperatur  40,0°-yə yaxınlaşdıqda aşağıdakılar hallar baş verir: metabolizm və oksigen istifadəsi sürətlənir, bədən maye itirməyə başlayır, ürək və ağciyərlər üçün əlavə gərginlik yaranır.
  
Əsas olaraq qıcolma sindromunu nəzarətdə saxlamaq tələb olunur. Əgər temperatur fonunda  febril qıcolmalar başlayıbsa, o zaman uşağa qızdırma salan dərman vermək lazımdır. Bu vəziyyət 3 aylığa qədər olan uşaqlara aid edilir.
  
Uşağın temperaturu artan zaman onun bədəninin maksimum olaraq istilik itirməsini təmin etmək lazımdır. Bunu isə yalnız 2 yolla etmək mümkündür: tər və nəfəs vasitəsilə.
  
Uşaq yatan otaqda sərin hava (17-20 °С) olmalıdır. Amma bununla belə uşağı isti geyindirməlisiniz.  Üstünə ədyal örtün. Çoxlu maye (hər kq-a 50-100 ml) içirin. 

Qızdırmanı salmaq üçün uşağa yaxşı olardı ki, sirop içirəsiniz və ya rektal şam qoyasınız. Sirop 15-20 dəqiqəyə öz təsirini göstərir. Amma onun tərkibinə ətirləndirici, rəngləyici kimi bir sıra kimyəvi maddələr daxildir. Rektal şamlar isə 40-50 dəqiqə sonra təsir edir və effektini uzun müddət saxlayır. Əgər uşaqda ürəkbulanma və qusma varsa o zaman bu şamlardan istifadə etmək məsləhətdir. Şamlar defikasiya aktından sonra qoyulmalıdır.

Qızdırması olan uşağa qətiyyən spirt və sirkə ilə kompres etməyin. Çünki körpənin həsas dərisi bu maddələri özünə çəkə və zəhərlənmə verə bilər.  

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol