• $
  • €
  • ₽
  • ₺
  • £

Əlilliyi olan şəxslərin övladlığa uşaq götürməsi ilə bağlı qadağa aradan qaldırılacaq

Əlilliyi olan şəxslərin övladlığa uşaq götürməsi ilə bağlı qadağa aradan qaldırılacaq
29.05.2020 06:01
Azərbaycanda əlilliyi olan şəxslərin övladlığa uşaq götürməsi ilə bağlı qadağa aradan qaldırılacaq.

Anews.az report-a istinadən xəbər verir ki, bunu "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi" mövzusunda keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.

Onun sözlərinə görə, BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə komitəsindən Azərbaycan hökumətinə bu sahədəki konvensiyanın icrası ilə bağlı suallar daxil olub: "Həmin suallardan da biri Nazirlər Kabiteninin 172 saylı qərarında olan, övladlığa uşaq götürmək istəyən şəxslərin xəstəliklərə dair tələbidir. Həmin tələbdə birinci, ikinci qrup əlilliyi olan şəxslərə övladlığa uşaq götürmək məhdudiyyəti qoyulub. Bu da, təbii ki, həmin şəxslərə qarşı ayrı-seçkilikdir".

"Belə bir yanaşmada var ki, uşağın valideynlərindən biri vəfat edirsə və digər valideyni birinci və ya ikinci qrup əlilliyi olan şəxsdirsə, uşaq valideyn himayəsindən məhrum edilmiş hesab olunur. Biz həmin bəndin o şəxslərə qarşı diskriminasiya olduğunu hesab edirik və bu bəndlər sistemdən çıxarılacaq. Burada yanaşma beynəlxalq təcrübədən götürülmüş xəstəliklərdən irəli gəlir. Qərar xəstəliyin şəxsin həyatını nə dərəcədə məhdudlaşdırmasına əsasən veriləcək".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol