• $
  • €
  • ₽
  • ₺
  • £

Aprel qazisi yerli telekanallardan narazılıq edir

Aprel qazisi yerli telekanallardan narazılıq edir
29.05.2020 10:00
Moderator.az xəbər portalında aprel döyüşlərinin iştirakçısı, ikinci qrup əlil baş gizir Əzimov Elşən Balaxan oğlunun aparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevi ciddi ittiham etməsi barədə  xəbər yerləşdirilib.  Qazi sayta bildirib ki, müalicəsinə görə, maddi dəstəyə ehtiyacı olduğu üçün X.Hidayətqızının və Z.Baxşəliyevin verilişinə çıxmaq niyyəti olub. Bununla bağlı Z.Baxşəliyevin verilişinə zəng vuran qaziyə bildirilib ki, efirə çıxmaq üçün ödəniş etməlidir:


"Zaur Baxşəliyevin verilişində təqdim etdiyi nömrəyə zəng vurub efirə çıxmaq istədiyimi dedim. Dəstəyə cavab verən qız bunun üçün 500 manat ödəniş etməli olacağımı bildirdi. Dedim ki, efirə çıxım yığılan puldan götürərsiniz, amma razı olmadılar”. 


Bundan sonra X.Hidayətqızına zəng vuran qaziyə bildirilib ki, qeydiyyata alınıb, çağırılacaq: 


"Xoşqədəm Hidayətqızına zəng vurdum. Növbəyə yazıldığımı bildirsə də, sonradan edilən dəfələrlə telefon zənglərinə cavab vermir, ya da biləndə ki, zəng vuran mənəm telefonu söndürür. Bunlar özlərini xalqa elə göstərirlər ki, guya kiməsə kömək edirlər. Buyursunlar, köməyə ehtiyacı olanlardan biri də mənəm, gör heç verilişə çağırırlarmı?”. 
 
 
Xatırladaq ki, baş gizir Elşən Əzimov 16 il orduda xidmət edib. 2016-cı il aprel döyüşləri zamanı Lələ təpə yaxınlığında kontuziya alıb. Ayaqları tutulan qazi mütəmadi olaraq müalicə olunduğunu və bunun üçün maddi imkanının olmadığını bildirib. Qazimiz ailəlidir və 4 övladı var. 


Allah şəfa versin!

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol