• $
  • €
  • ₽
  • ₺
  • £

2970 manat maaş alan Hadi Rəcəblinin vətəndaşa 180 manatlıq TƏKLİFİNƏ CAVAB

2970 manat maaş alan Hadi Rəcəblinin vətəndaşa 180 manatlıq TƏKLİFİNƏ CAVAB
28.05.2020 22:23
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadı Rəcəbli deyib ki, ailədə 2 nəfər işləyəndə və üstəlik də adam iki yerdə çalışanda 180 manatla dolanmaq olar.

Anews.az Cebhe.info-ya istinadən xəbər verir ki, iqtisadçı-ekspert Qadir İbrahimli millət vəkilinin bu açıqlamasına mwnasib’t bildirib. Ekspertin fikrincə, seçiciləri qarşısında hesabat verməyən və onların səsindən asılı olmayan deputatın münasibəti bundan artıq ola bilməz: "Orta statistik Azərbaycan ailəsini götürək – ər-arvad, 2 azyaşlı uşaq… Ərin də, arvadın da maaşı 180 manat və aylıq büdcələri 360 manatdır. Bu məbləğ yalnız ər-arvadın minimum ehtiyaclarını təmin etmək üçün yetərlidir, uşaqların yaşayış minimumu 160 manatdır. Yəni, uşaqları böyütmək üçün ailə zəruri 320 manatı başqa işlərdə çalışıb əldə etməlidir. Rəcəblinin məntiqinə görə, ər-arvad 8 saat dövlət işində çalışdıqdan sonra əlavə 8 saat da özəl sektorda çalışmalıdır. Yəni, sutkada 16 saat iş saatına sərf olunmalıdır.Ər və arvad sutkada 16 saat işləməklə Azərbaycan ordusunun gələcək əsgərini, Azərbaycan dövlət büdcəsinin vergi ödəyicisini böyütməlidir.
Bu, həm konstitusiyaya, həm də əmək qanunvericiliyinə ziddir (mənəvi-etik tərəflərinə toxunmuram, çünki bu dəyərlər onlara yaddır). Yeri gəlmişkən, Hadı Rəcəblinin maaşı 1980 manatdır. Bu məbləğin yarısı qədər də (990 manat) aylıq müavinət alır. Yəni, Rəcəblinin rəsmi aylıq gəliri 2 min 970 manatdır. Bu minimum əməkhaqqıdan (180 manat) 16,5 dəfə, orta aylıq əmək haqqıdan (540 manat) 5,5 dəfə yüksəkdir. Söhbət yalnız rəsmi gəlirlərdən gedir, imtiyazlı biznesin böyük məbləğli gəlirlərini demirəm”. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol