• $
  • €
  • ₽
  • ₺
  • £

Fuad Abbasov qızını erməniyə ərə verən vəzifəli şəxslə bağlı Azərbaycana səsləndi - VİDEO

Fuad Abbasov qızını erməniyə ərə verən vəzifəli şəxslə bağlı Azərbaycana səsləndi - VİDEO
29.05.2020 06:50
Azərbaycanlı-çeçen münaqişəsinin qarşısını alan Rusiya İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri, jurnalist Fuad Abbasov dünən rəhbəri olduğu İnternet televiziyası "Misra TV" vasitəsilə canlı yayım edərək Rusiyada yaşayan həmvətənlərinə müraciət edib.

BAKU.WS  xəbər verir ki, müraciətdə prioritet məsələlərdən biri Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun tutduğu vəzifədən uzaqlaşdırılması üçün həmrəylik istəyi olub. 

Onun bu istəyinə müsbət reaksiya verənlər çox olub. Rusiyada yaşayan azərbaycanlılar canlı yayıma etdikləri zəngləri və şərhləri ilə belə bir şəxsin vəzifədə olmasına qarşı olduqlarını bildiriblər. 
 
Bu, həmin Ağadadaş Kərimovdur ki, Moskvada Azərbaycan və Çeçenistan rəsmiləri arasında keçirilən görüşdən qovulub. Onun qovulmasına səbəb isə azərbaycanlı-çeçen münaqişəsini yaradan və qızışdıran erməniləri müdafiə etmək istəyi olub. Fuad Abbasov onun məqsədindən xəbər tutaraq buna imkan verməyib və onun xəyanətkar müdaxiləsinin qarşısını alıb. 

Fuad Abbasov deyib ki, həyat yoldaşı erməni olan və qızını da erməniyə ərə verən Ağadadaş Kərimov hər zaman ermənilərin mövqeyini müdafiə edib. Təbii ki, azərbaycanlı-çeçen millətləri arasında münaqişənin səbəbkarının erməni olmasının üzə çıxarılıması erməniləri narahat etdiyindən Kərimov "Prezident" otelində baş tutan görüşdə çağırılmamış qonaq olsa da öz çevrəsi ilə məkana gələrək ermənilərin müdafiə mövqeyini müdafiə etmək istəyib. Lakin F.Abbasovun sayıqlığı nəticəsində o, buna nail olmayıb. 

Abbasov belə bir şəxsin Moskva azərbaycanlılarına Kərimovun rəhbərlik etməsinin doğru olmadığını, birləşərək onun vəzifəsindən getməsinə nail olmağa çağırıb. Bunun üçün Moskvada yaşayan azərbaycanlıların dəstəyilə hüquqi prosedurlar başlamalıdır.
 


 
F.Abbasov canlı yayımda deyib ki, Rusiya Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Mehriban Sadıqovanın da vəzifəsindən getməsinin vaxtı gəlib və bu istiqamətdə işlər görəcək.

Fuad Abbasov canlı yayımda çeçenləri bizə qarşı ayağa qaldıran Ermənistan vətəndaşı 1993-cü il təvəllüdlü Harnik Aramoviç Vardanyanın çeçenləri qəzəbləndirən hərəkətini də açıqlayıb. 

Erməni Harnik Alixan adlı çeçen gəncin həyat yoldaşını təhqir edib və bunu edərkən özünü azərbaycanlı kimi qələmə verib. Həyat yoldaşı, namusu təhqir olunan Alixan "WhatsApp" yazışmasında azərbaycanlıları təhqir etdiyi videonu Harnikə göndərib.  

Erməni təxribatçı Alixanın azərbaycanlıları təhqir etdiyi videonu "WhatsApp"da yayaraq öz məqsədinə çatıb. Nəticədə azərbaycanlılar Alixanı taparaq cəzalandırıblar. Məhz bu hadisədən sonra çeçenlər azərbaycanlılara qarşı ayağa qalxdı.   

Fuad Abbasov iki dost millət arasında düşmənçilik toxumu səpən şəxsin erməni olduğunu üzə çıxartdıqdan sonra Rusiya Federasiyasında yaşayan ermənilər ona qarşı kompaniyalar aparırlar. Ermənilərin apardığı kampaniyaya əks həmlə olaraq həmyerlimiz sosial şəbəkələrdə təbliğat işlərinə başlayıb.  Eləcə də, Fuad Abbasova qarşı təzyiqlər davam edərsə və sui-qəsdin qarşısının alınması, onun təhlükəsizliyinin təmin olunması üçün hər Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putinə müraciət olunması məqsədi ilə imza toplanması kompaniyasına başlanıb. İmza kampaniyasında iştirak etmək üçün bu linkə keçid edin! 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol