• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Nazirdən avtobus və taksilərlə bağlı yeni qərar

Baş Nazirdən avtobus və taksilərlə bağlı yeni qərar
07.03.2019 10:18
Nazirlər Kabineti "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında qərarı təsdiq edib.

Anews.azxəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Qaydaya əsasən, Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslar onlar üçün irəli sürülən milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata malik olmalı və saz vəziyyətdə saxlanılmalıdır. Dövri texniki baxışdan keçməmiş avtobuslar sərnişindaşımada istifadə edilə bilməz.

Avtobuslar aşağıda göstərilənlərlə təchiz edilməlidir:

1. salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi,

2. sağlamlıq imkanları məhdud şəxslər üçün arabaların və uşaq arabalarının girişi və çıxışı üçün mexanizm,

3. nağdsız ödənişin aparılmasına imkan verən avadanlıq (qurğu),

4. maksimal sürəti məhdudlaşdırmağa imkan verən qurğu,

5. bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar, 
6. avtobusların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu,

7. sərnişinlərə səsli məlumatları çatdırmaq, o cümlədən dayanacaq məntəqələrini bildirmək üçün istifadə olunan audioqurğu,

8. sərnişin qapıları açıq olduqda, ayaqaltını işıqlandıran işıq cihazı,

9. qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı,

10. sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf kabinə,

11. ayaq üstə dayanan sərnişinlərin sayına uyğun olan 4 dayanıqlı əl tutacaqları,

12. dərman qutusu, hər birinin tutumu minimum 4 kq-lıq olan və 1 ədədi sürücü olan hissədə, digəri isə salonda yerləşdirilməklə 2 ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq.

Avtobusun salonunda sürücünün görməsinə maneə yaratmamaq şərtilə salonu işıqlandıran ağ və ya ağ-sarımtıl işıqlar olmalıdır. Sutkanın qaranlıq vaxtı sərnişin daşınarkən, həmin işıqlar yandırılmalıdır. Avtobusların salon şüşələrinə pərdə və başqa bu tipli örtüklər çəkilməsi qadağandır. Lakin günəş şüalarından qorunmaq üçün işıqburaxma dərəcəsi 60 faizdən aşağı olmamaqla, şəffaf tündləşdirilmiş şüşələrin tətbiq edilməsinə yol verilir. Avtobuslarda ayaqaltı mexanizmi nəzərə alınmadan yerdən pillənin üst səviyyəsinə qədər hündürlük 300 mm-dək, hündürlüyün 300 mm-dək düşməsinə imkan verən pillə mexanizmi olduqda isə 410 mm-dək olmalıdır.  Avtobuslar alçaq döşəməli olmalıdır. Qəza çıxış yerləri Azərbaycan və ingilis dillərində olmaqla işarələnməlidir. Qəza çıxış pəncərələri asanlıqla və dərhal açılmaqla, yalnız çölə açılan olmalıdır. Qəza çıxış pəncərəsi təhlükəsiz şüşədən olmalıdır. Şüşə laminə edilmiş və ya plastik materialdan olmamalıdır. Qəza zamanı çıxış lükündən istifadə asan və rahat olmalıdır. Avtobusların salonunda konstruksiyada nəzərdə tutulmayan hər hansı əşyanın yerləşdirilməsinə yol verilmir. Avtobuslar müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməlidir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol