• $
  • €
  • ₽
  • ₺
  • £

Evindən oğurluq edilən gözdən əlil danışdı: Əzabla qazanmışdım - VİDEO

Evindən oğurluq edilən gözdən əlil danışdı: Əzabla qazanmışdım - VİDEO
07.03.2019 16:12
Bir neçə gündür sosial şəbəkələrdə gözdən əlil Elçin Abbasovun kirayə yaşadığı evdən oğurluq edilməsi ilə bağlı xəbərlər yayılıb. 

Məsələni araşdırmaq üçün Baku TV-nin əməkdaşları Elçin Abbasovun yaşadığı ünvana üz tutublar. 

E.Abbasov gözdən əlil olmasına baxmayaraq, illərdir rəngli toxuma güllər hazırlayaraq öz dolanışığını təmin edir. 

O müsahibəsində bildirib ki, yaşadığı evə daxil olan oğru, yaxud oğrular 800 manat pul, 500 manat məbləğində qızıl üzük və 250 manat dəyərində gümüş boyunbağını qarət ediblər.

"Həftənin bazar ertəsi axşam saatlarında evə gəldim. Qapını açmaq istəyirdim ki, evin qapısının açıq olduğun hiss etdim. Məlum oldu ki, evə oğru girib və 800 manat pulumu, qızıl üzüyü, gümüş boyunbağını və bank kartımı oğurlayıb. Mənə 1530 manatdan artıq zərər dəyib”.

Bu hadisədən ehtiyat edən Elçin Abbasov artıq həmin evdə yaşamadığını, hələlik isə başqa yerlərdə gecələdiyini deyir.

Elçin Abbasov bildirib ki, məsələ barədə Nərimanov rayon Polis İdarəsinə məlumat verib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol