• $
  • €
  • ₽
  • ₺
  • £

İntim görüntüləri yayılan azərbaycanlı məşhur hər şeyi etiraf etdi - VİDEO

İntim görüntüləri yayılan azərbaycanlı məşhur hər şeyi etiraf etdi - VİDEO
08.03.2019 10:52
Xəbər verdiyimiz kimi, aktrisa Sevinc Əliyevanın baş rolda çəkildiyi "Dalan” filmindəki bəzi səhnələri gündəmi məşğul edim.
Anews.az publika.az-a istinadən xəbər verir ki, aktrisanın bu filmdəki intim səhnələri diqqət çəkib. Hazırda İctimai TV-də "Dağıntılar altında” serialında çəkilən ulduz bu barədə açıqlama verib. "Dalan" filmi haqqında danışan aktrisanın sözlərinə görə, intim səhnələri ilə yayılan söhbətlər əsassızdır, çünki zənn edilən kadrlar yoxdur:

"Filmin çəkilişləri yaxşı keçdi, əksəriyyəti Novxanıda bir villada baş tutdu. Bəzi günlər çəkilişlər səhərə qədər davam edirdi. Buna baxmayaraq, zövq alırdım. Ümumiyyətlə, rejissor Elvin Rütəmzadə və ssenari müəllifi Səbinə Əhmədova sayəsində komandamız bir-biri ilə çox mehriban olmuşdu.

Psixoloji baxımdan mürəkkəb səhnələr də var idi, canlandırdığım Arzu obrazı mənim xarakterimə tamamilə zidd personajdır. Tərəf müqabilim Ziya Ağa bu məsələdə mənə çox dəstək oldu.

Müəyyən mənada intim adlandırılan səhnələr artıq böyük səs-küy yaradıb. Filmə baxmamış yazılan iradları qəbul etmirəm. Qoy film nümayiş olunsun, ondan sonra kimsə tənqid etsə, bu barədə düşünmək olar. Treylərin bir neçə saniyəlik hissəsindəki bir səhnədən nəticə çıxarıb tənqid etmək düzgün deyil”.


Daha sonra ulduz özünə qoyduğu qadağalardan danışıb:


"Sənətə gəldiyim ilk gündən özümə qoyduğum qadağalar var ki, onlara hələ də sadiqəm. Ekran qarşısında bədənimin çılpaq görünməsinə razı olmaram. Bu günə qədər nəinki filmdə, hətta sosial şəbəkələrdə də kupalnikdə olan şəkil paylaşmamışam. Qaldı ki, dodaq-dodağa heç vaxt öpüşmərəm. Bu mövzular məni həmişə narahat edir.

Bir neçə ay əvvəl bir aktrisanın müsahibəsini oxudum, o, etiraf etmişdi ki, əgər yüksək qonorar alarsa, filmdə intim səhnələrə çəkilməyə razı olar, bu, onun üçün problem deyil. Hörmət etdiyim bir aktrisadır, lakin sosial şəbəkədə onun haqqında elə sözlər yazılmışdı ki, oxuduqca dəhşətə gəlirdin. Daha nələr yazmadılar...

Bir müddət sonra eyni sualla mənə müraciət etmişdilər. Bildirdim ki, yaşım, analıq statusum və ailə vəziyyətim belə səhnələrə çəkilməyə imkan vermir. 3 övladım var, o yaşım keçib. Bundan əlavə mənim üçün tabular deyilən məsələlər var, sevgi və xəyanəti göstərə bilərəm, amma digər açıq səhnələri canlandıra bilmərəm. Bu müsahibəmin altında isə tamamilə başqa fikirlər və iradlar yazılmışdı. "Aktrisa deyilsən, oynamalısan”, "Niyə aktrisa olmusan, get bozbaşını bişir də” kimi rəylər bildirmişdilər. Biz nə etsək də, insanları 100 faiz razı sala bilmərik. Öpüşürsən, bir cür pis olursan, öpüşmürsən də başqa bir cür pis olursan. Bütün bunlara baxmayaraq, sənətdən küsmürəm, kiməsə görə aktrisa olmamışam ki, nələrəsə görə aktrisalıqdan gedim”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol