Həbsxanadakı qardaşına sovqat gətirdi, içindən heroin çıxdı

3 saylı İstintaq Təcridxanasına narkotik və psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən Anews.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29.177.2.1 və 29.177.2.3-cü maddələrinə əsasən həbs edilmiş Quliyev Əli Məhərləm oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Quliyev Rafiq Məhərləm oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman cibində olan siqaret qutusunun içərisində gizlədilmiş bükülülərdə 0,546 qram narkotik maddə - "heroin” və 0,232 qram psixotrop maddə - "metamfetamin” aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Son xəbərlər 
Daha çox 























