• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda körpələrə ən az qoyulan adlar - Əkbər, Əsmər, Lalə, Sevinc...

Azərbaycanda körpələrə ən az qoyulan adlar - Əkbər, Əsmər, Lalə, Sevinc...
11.03.2019 19:00
Son 5 ildə (2014-2018) Azərbaycanda yenidoğulan oğlan uşaqlarına ən az qoyulan adlar Əkbər, Emin, Elmir, Fuad, Sübhan, Davud, Sənan, Fateh olub.

Anews.az bildirir ki, Trend-in Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadən apardığı araşdırmalar nəticəsində məlum olub ki, son 5 ildə 12 507 oğlana Yusif adı qoyulduğu halda, cəmi 1236 oğlana Əkbər, 1225 oğlana Elmir, 1205 oğlana Emin, 1185 oğlana Davud, 1147 oğlana Fuad, 1145 oğlana Sənan, 1129 oğlana Onur, 1084 oğlana Sübhan adı qoyulub.

Bu adların hər biri il ərzində demək olar ki, 300-400 uşağa verilib.

Yenidoğulmuş qızlara ən az qoyulan adlar isə Nərmin, Sevinc, Lalə, Ləman, Nigar, Aytac, Əsmər olub.

Son 5 ildə qızlara ən çox verilən ad Zəhra olub ki, ötən müddətdə bu 11 918 yenidoğulan qıza qoyulub. Lakin ötən müddətdə cəmi 1546 qıza Nərmin, 1526 qıza Nigar, 1429 qıza Ləman, 1306 qıza Sevinc, 1032 qıza Aytac, 1031 qıza Lalə, 1022 qıza Əsmər adı qoyulub.

Ümumilikdə ötən müddətdə qızlara qoyulan ən məşhur adlar Zəhra ilə yanaşı, Nuray (8561), Fatimə (7217), Aylin (6675), Məryəm (6404) və s. olub.

Oğlan uşaqlarına isə Yusifdən sonra ən çox qoyulan adlar Əli (9087), Hüseyn (8921), Ömər (6696), Məhəmməd (5861) olub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol