• $
  • €
  • ₽
  • ₺
  • £

Sərnişin təyyarəsi Bakıda təcili eniş etdi: Bomba həyəcanı - YENİLƏNİB

Sərnişin təyyarəsi Bakıda təcili eniş etdi: Bomba həyəcanı - YENİLƏNİB
11.03.2019 16:06
Rusiyanın Azərbaycandakı diplomatik missiyası "Ural Hava Yolları” şirkətinə məxsus təyyarənin Bakıda məcburi eniş etməsi ilə bağlı məlumat yayıb. 

Uralpolit.ru portalının məlumatına görə, hazırda mütəxəssislər təyyarənin bortuna və yük hissəsinə baxış keçirir. 

"Təyyarədə doqquzu uşaq olmaqla, 216 sərnişin və doqquz ekipaj üzvü olub. Onlar müvəqqəti olaraq, aeroportun binasına yerləşdirilib. Xəsarət alan yoxdur. Azərbaycan xidməti yaxşı işləyir. Sərnişinlərin heç bir şikayəti yoxdur. Ümid edirik ki, heç bir bomba tapılmayacaq və təyyarə iki saat ərzində yoluna davam edə biləcək”, - məlumatda bildirilib. 

Bundan başqa, "İnterfax”ın məlumatına görə, bomba xəbərini verən şəxs həbs edilib. Onun təyyarənin ayaqyolunda bomba yazısı olan qeydi yerləşdirdiyi bildirilib. Şübhəlişəxsin Rusiya vətəndaşı olduğu bildirilib.

Təyyarədə aparılan axtarışda heç bir şübhəli əşya aşkarlanmayıb.
 
 
***
Bildirilib ki, martın 11-də Bəhreyndən Moskva şəhərinə uçan "Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.

Hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsi olub.

Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib.

Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.

HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul edib.

Məlumatlar yeniləndikcə əlavələr ediləcək.

***

Rusiyanın "Ural Hava Yolları” şirkətinə məxsus təyyarə Bakıda təcili eniş edib. 

Bununla bağlı Oxu.Az-a təyyarədə olan sərnişinlərdən biri məlumat verib. 

"İki saat əvvəl Bəhreyndən uçan üç saatdan sonra Domodedova aeroportunda eniş etməli olan "Airbus A321” təyyarəsi Bakıda təcili eniş edib”, - məlumatda bildirilib. 

Onun sözlərinə görə, təcili enişə təyyarənin göyərtəsində bomba xəbərdarlığı edən yazılı qeydin tapılması səbəb olub. 

Təyyarə xüsusi xidmət orqanları tərəfindən yoxlanılacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol