• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” “İlin mobil operatoru” mükafatına layiq görüldü

“Nar” “İlin mobil operatoru” mükafatına layiq görüldü
12.03.2019 16:57
Ölkənin ən gənc mobil operatoru olan "Nar”, "Navigator Business Awards” tərəfindən "İlin ən yaxşı mobil operatoru” nominasiyasında mükafata layiq görülüb.
 
"Nar” təqdim etdiyi tariflər və sərfəli qiymətlər, baza stansiyalarının sayını sürətlə artırmaqla hazırda ölkədə ən geniş 3G və 4G şəbəkələrindən birinə malik olması, müştəriyönümlülüyü ilə seçilən fəaliyyəti, eyni zamanda mobil operatorun dünya təcrübəsindən yararlanaraq öz biznes strategiyasını uğurla təkmilləşdirməsi nəticəsiində "İlin ən yaxşı mobil operatoru” adına layiq görülüb. Bundan başaqa, təşkilatçılar mobil operatorun göstərdiyi yüksək dinamik inkişafı, irihəcmli investisiyalar yatırmaqla müştərilərinin və tərəfdaşlarının tələblərinə uyğun müasir həllər təqdim etməsini yüksək qiymətləndirib. 

Qeyd edək ki, Navigator.az regional biznes portalı 10 ildən artıqdır ki, Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərir. Bu ölkələrdən olan minlərlə şirkət Navigator.az vasitəsilə bizneslərini inkişaf etdirməyə nail olublar. Regionun ən iri biznes portalı olan Navigator.az öz tərafdaşı olan 26 min şirkət və təşkilat sırasından ən layiqlilərini müəyyən etmək üçün regional "Navigator Business Award” mükafatını təsis edib. "Navigator Business Award” Cənubi Qafqaz regionunun biznes sahəsində ən mötəbər mükafatı sayılır və Azərbaycanda və Gürcüstanda ölkələrin inkişafında və öz xalqlarına xidmətdə müstəsna uğurları olan şirkətləri müəyyən etmək üçün yaradılıb. 

Qeyd edək ki, "Nar” ötən il ərzində şəbəkə infrastrukturunu əhəmiyyətli dərəcədə təkmilləşdirməklə 3G və 4G baza stansiyalarının sayını və əhatə dairəsini artırmış, 45-dən çox bölgədə LTE şəbəkəsi yaradıb. "Nar”-ın təqdim etdiyi yüksəksürətli internet sayəsində 4G xidmətindən istifadə edən abunəçilərinin sayı 500 mini keçib. Mobil operatorun müştərilərə göstərdiyi yüksəkkeyfiyyətli xidmət sayəsində ötən il müştəri məmnuniyyətində sürətli artım müşahidə olunub və "Nar” müştəri məmnuniyyəti indeksi üzrə ən yüksək artım nümayiş etdirib. Bundan başqa, mobil operator korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində ölkə üçün əhəmiyyətli sosial layihələr reallaşdırıb. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol