İki avtobus toqqşdu - Yaralılar var

Bakı-Qazax yolunda iki avtobusun iştirakı ilə yol qəzası baş verib.
"Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Kürdəmir ərazisindən keçən hissəsində qeydə alınıb. Yolda hərəkətdə olan "Damas” markalı kiçik tutumlu mikroavtobus arxadan gələn "Mercedes” markalı sərnişin avtobusuna çırpılıb.
Nəticədə 1993-cü il təvəllüdlü Şəmkir rayonu Düyərli kənd sakini Rüfanə Akif qızı Aslanova, 1992-ci il təvəllüdlü Fərid Ayaz oğlu İsmayılzadə və 1959-cu il təvəllüdlü Akif Sayad oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İsmayılzadə Fəridin vəziyyəti daha ağır olduğundan o, Bakı şəhərinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
























