• $
  • €
  • ₽
  • ₺
  • £

DİM-dən magistr olmaq istəyənlərə güzəşt

DİM-dən magistr olmaq istəyənlərə güzəşt
13.03.2019 13:05
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsindəki nəticəsi həmin mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlara imtahanın ikinci mərhələsində iştirak etmək imkanı veriləcək.

Dövlət İmtahan Mərkəzindən Anews.az-a verilən məlumata görə, imtahanın II mərhələsində onlar dövlət sifarişli yerlər üçün həmin mərhələnin nəticəsinə və iki mərhələ üzrə ümumi bala qoyulan minimal tələbləri ödəsələr belə, müsabiqə zamanı yalnız ödənişli əsaslarla olan ixtisaslaşmaları seçə biləcəklər.

Qeyd edək ki, 40 - 66 intervalında (toplanıla biləcək maksimal bal 100 baldır) bal toplayan 414 (30 - 66 intervalında bal toplayan 1058) bakalavr birinci mərhələnin nəticəsinə qoyulan minimal bal tələbini ödəsə də, hansısa imtahan fənni üzrə tələb olunan minimal balı toplaya bilməyib.

Onlardan bir çoxu Dövlət İmtahan Mərkəzinə ərizə ilə müraciət edərək imtahanın II mərhələsinə buraxılmalarını xahiş edib. Müraciətlər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının 12 mart 2019-cu il tarixində keçirilən iclasında Şura üzvləri tərəfindən müzakirə olunub və gələcəkdə müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin edilməsi üçün I mərhələdəki nəticələri bu mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların imtahanın ikinci mərhələsinə buraxılmaları barədə qərar qəbul olunub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol