• $
  • €
  • ₽
  • ₺
  • £

Xamenei ilə görüşmüş deputat: İnanmıram ki, İran Azərbaycanı Ermənistana sata

Xamenei ilə görüşmüş deputat: İnanmıram ki, İran Azərbaycanı Ermənistana sata
13.03.2019 14:17
"İran bizə dost ölkədir".

Bunu Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü,, hakim Yeni Azərbaycan Partiyasında təmsil olunan Cavanşir Paşazadə son günlər İran-Azərbaycan sərhədində baş verən insidentlərdə "erməni əlinin" olması ehtimalına münasibət bildirərkən deyib.

Deputat vurğulayıb ki, İran bizə qonşudur: "Təbii ki, ticarətlə siyasət bir-birindən fərqlənir. Biz ticarəti siyasətlə qarışdırmamalıyıq. İranın bizim xoşumuza gəlməyən ölkələrlə ticarət münasibətləri ola bilər. Ancaq siyasətdə inanmıram ki, İran Azərbaycanı Ermənistana sata və bizim əksimizə gedə. Çünki buna səbəb də yoxdur. Cənab Prezidentimizin İrana səfər etməsi, İran prezidentinin və dini rəhbərlərin Azərbaycan haqqında dedikləri bu fikrimi təsdiqləyir. Mən özüm də Əli Xamenei ilə 2 dəfə görüşmüşəm. Onun Azərbaycan haqqında danışdıqlarını mən eşitmişəm. Ona görə də mən inanmıram ki, İran erməni ilə bağlı məsələyə qol qoyub, şərait yaratsın. Biz unutmamamlıyıq ki, Ermənistan bizə düşmən ölkədir. Hər tərəfdən yoxlamalar aparImalı və ayıq, sayıq olmalıyıq".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol