• $
  • €
  • ₽
  • ₺
  • £

“Getsinlər qızımın yanında yatsınlar” - Dəhşətli qəzada ölən müğənninin anası – VİDEO

“Getsinlər qızımın yanında yatsınlar” - Dəhşətli qəzada ölən müğənninin anası – VİDEO
13.03.2019 14:44
ARB TV-nin "Bu qədər” proqramında bu dəfə avtomobil qəzasında dünyasını dəyişən müğənni Mehriban Mustafayevanın həyatından danışılıb.

Anews.az xəbər verir ki, anası və sənət yoldaşları onun haqqında xatirələrini bölüşüblər:

Sevda Mustafayeva – Anası: "Böyük qızımı musiqi məktəbinə aparmaq istədim, ətəyimdən yapışıb başladı ağlamağa ki, məni də apar. Dedim, yaşın azdı, səni götürməzlər. Əl çəkmədi, yox mən də istəyirəm, dedi. Atası onun ağlamağını eşidib dedi ki, aparırsansa ikisini də apar, yoxsa heç birini aparma. Apardım, oxudu. Məktəbi əla qiymətlə bitirdi. Atası musiqiçi idi, ona bu istedad atasından keçmişdi. Mehriban konservatoriyaya daxil oldu, 4-cü kursu bitirməmiş atası rəhmətə getdi. O, qızının el şənliklərində oxuduğunu bilmədi. Atası rəhmətə gedəndə Mehriban çox sındı. Özümü günahkar bilirəm gərək onu el şənliklərinə buraxmazdım. Həmin gün səhərdən özümü pis hiss edirdim. Gah ürəyim əsdi, gah üşütmə gəldi. Oğlum zəng vurdu, "ana, özünü ələ al, sənə zəng vurdum ki, kənardan eşitməyəsən, Mehriban dünyasını dəyişib” dedi. Onu ərtafı dəyişdi. Adlarını belə çəkmək istəmirəm. Onlara sözüm odur ki, getsinlər Mehribanın yanında yatsınlar. Bəlkə onda ürəyim sakitləşər. Gəlinliyini cənazəsinin üzərinə qoydum. Dedim mən qızımı gəlin köçürürəm, amma ayaq üstə yox. Qızım mənim kəfənimi geyindi. Qəlbimdə yaşayır, mənə görə o ölməyib. Mehriban torpaqdan qalxıb gəlsə ancaq onda sakitləşərəm. Mehribanımı əlimdən aldılar, bunu onlara bağışlaya bilmirəm”

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol