Bayram tonqalına görə ölən gəncin FOTOLARI yayıldı

Sumqayıt şəhərində 26 yaşlı gənc hündürlükdən yıxılaraq dünyasını dəyişib.
Anews.az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.
Belə ki, 41-ci məhəllədə yaşayan 1992-ci il təvəllüdlü Rauf Nizami oğlu Həsənquliyev yel çərşənbəsinə görə tonqal qalamaq üçün taxta toplayan zaman yıxılaraq dünyasını dəyişib.
Gənc dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.



www.anews.az
























