• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycanda bilsinlər ki, belə oğullar var” - Qod Nisanov yoxlamalardan danışdı

“Azərbaycanda bilsinlər ki, belə oğullar var” - Qod Nisanov yoxlamalardan danışdı
14.03.2019 11:07
"Obyektlərimdə aparılan reydlər martın 11-də səhər saatlarında başlayıb, səbəbi mən deyiləm, Beloreçensk küçəsində travmatik silahlardan istifadə olunduğu, iki qafqazlı qrup arasında baş vermiş davadır. Üç azərbaycanlı saxlanılıb, onlara qarşı cinayət işi açılıb”.

"Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış azərbaycanlı iş adamı, "Kievskaya ploşad” şirkətinin Direktorlar Şurasının sədri Qod Nisanov Moskvada ona məxsus ticarət mərkəzlərində aparılan yoxlamalarla əlaqədar yaranmış vəziyyətlə bağlı Oxu.az-a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, reydlər nəticəsində saxlanılan üç şəxs ticarət meydançalarının icarədarları olublar: "Bununla əlaqədar miqrasiya xidməti və hüquq-mühafizə orqanları "Moskva”, "Sadovod” "Food city” ticarət mərkəzlərində yoxlamalar keçirib. Bu, normaldır. Miqrasiya xidməti axtarış aparanda, biz də öz növbəmizdə hüquq-mühafizə orqanlarına qanun-qaydaya riayət olunması məsələsində əlimizdən gələn yardımı göstəririk. Axtarışlar artıq üçüncü gündür ki, davam edir, səhərlər aparılır. Obyektlərdə iş qrafiki bərpa olunub, fəaliyyətdə heç bir pozuntu yoxdur”.



İş adamı haqqında yazılan bütün mənfi fikirli məqalələrin sifariş xarakterli olduğunu söyləyib: "Bəs görəsən, niyə heç kim mənim Moskvanın mərkəzində 18 hektar sahəsi olan Olimpiya stadionunu almağımdan yazmır?”

Q. Nisanov jurnalistin "Sizin ailənizi ölkə xaricinə göndərdiyinizi yazırlar” sualına cavabında bildirib ki, ailəsi hazırda Moskvada yaşayır və heç yerə getməyə hazırlaşmır.

Biznesmen obyektlərində çalışan azərbaycanlılardan da danışıb: "Onlar minlərlədir, ailələrini saxlayırlar, Azərbaycana pullar göndərirlər. Qoy Azərbaycanda bilsinlər ki, öz həmyerlilərinin problemlərini həll etməyə kömək edən oğullar var. Bizdə hətta miqrantlara yardım xidməti də var. Biz həmyerlilərimizin məişət problemlərini həll edirik. Mənim üçün bu xırda bir məsələ ola bilər, ancaq onlar üçün böyük bir işdir”.



46 yaşlı milyarder hüquq-mühafizə orqanları ilə bağlı problemlərinin olduğu barədə yayılan xəbərlərə münasibətində vurğulayıb ki, əgər hər hansı problemlər ortaya çıxsa, onu həll etməyə hazırdır: "Mənim az-çox imkanım var, başıma çarə tapacağam. Bəs mənim obyektlərimdə çalışan minlərlə həmyerlimin aqibəti necə olacaq? Azərbaycanlıların bundan nə xeyri olacaq?”.

Qod Nisanov Rusiya prezidenti ilə münasibətlərinin yüksək səviyyədə olduğunu sözlərinə əlavə edib: "Son yeddi il ərzində mən Rusiyanın yaşa görə ən zəngin insanıyam. Rusiya mənə dəyər verir, Moskva rəhbərliyi mənə hər cür dəstək olur”.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol