• $
  • €
  • ₽
  • ₺
  • £

“Novruz bayramı ərəfəsində əfv fərmanı gözlənilir” - Deputat

“Novruz bayramı ərəfəsində əfv fərmanı gözlənilir” - Deputat
14.03.2019 14:18
"Azərbaycan demokratik inkişaf yolunu tutub və bu yolda ciddi addımlar atmaqdadır. Deyildiyi kimi, bu yolun da son həddi yoxdur”.

Bunu "Ölkə.Az”a millət vəkili Fəzail Ağamalı ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının duruma ilə bağlı hazırladığı hesabatda Azərbaycana qarşı ünvanlanan fikirlərə mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, bu hesabatlar  Azərbaycanı sevməyən anti-Azərbaycan qüvvələr tərəfindən və onların ölkəmizdəki əlaltılarının verdiyi saxta faktlar əsasında hazırlanıb:

"Azərbaycan demokratik və hüquqi dövlət olduğundan kimsə əqidəsinə, siyasi dünyagörüşünə və ya peşəsinə görə təqib edilmir. Bu gün  qanunu pozduğuna görə məsuliyyətə cəlb olunanlar var və onlar  da cəzalarının müəyyən hissəsini çəkdikdən sonra ölkə başçı tərəfindən əfv olunaraq azadlığa çıxıblar. Məsuliyyətə cəlb olunan şəxslər zaman –zaman ölkə başçısının əfv fərmanı və Heydər Əliyev Fondu tərəfindən təklif edilən amnistiyalar nəticəsində azadlığa çıxırlar. Novruz bayramı  ərəfəsində də növbəti əfv fərmanı gözlənilir.

Ümumiyətlə Heydər Əliyev  tərəfindən məsuliyyətə cəlb olunan insanlara humanistlik nümayiş etdirilərək,  bir humanist  siyasət yürüdülür. Bu artıq bir ənənə halını alıb”.


Deputat qeyd edib ki, Azərbaycan hüquqi dövlət olduğundan hər bir şəxs törətdiyi əmələ görə hüquqi qiymətini almalıdır:

 "O baxımdan da ABŞ Dövlət Departamentinin Azərbaycan haqqında  saxta faktlara əsaslanan hesabt hazırlması, əslində bu ölkənin imicinə xələl gətirir. Azərbaycan demokratik ölkədir və bu tutduğu  yola sadiqdir. Kimsə biz bu yoldan döndərə  bilməz”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol