• $
  • €
  • ₽
  • ₺
  • £

Yenilənmiş “CavanNar”-a qoşul, ikiqat internet əldə et!

Yenilənmiş “CavanNar”-a qoşul, ikiqat internet əldə et!
14.03.2019 16:57
Ölkənin ən gənc və innovativ mobil operatoru olan "Nar” yenilənmiş "CavanNar” tarifini təqdim edir. Artıq bundan sonra "CavanNar” ilə abunəçilər daha çox internetdən istifadə edə və daha çox ünsiyyət qura biləcək. Yenilənmiş "CavanNar” 2 müxtəlif paketdə təqdim olunur. Belə ki, "CavanNar 9”-a qoşulmaq istəyənlər aylıq 9 AZN ödəməklə 5 GB internet, 5GB sosial şəbəkə və 500 tarifdaxili dəqiqə əldə edəcəklər. "CavanNar 6” isə istifadəçilərə aylıq 6 AZN ödəməklə 2 GB internet, 2GB sosial şəbəkə və 200 dəqiqə tarifdaxili danışıq verir. "CavanNar” tarifinə istənilən yaş qrupuna aid insanlar qoşula bilərlər. Qeyd edək ki, "CavanNar” Azərbaycan mobil rabitə bazarında ən sərfəli internet paketi sayılır. 

 "CavanNar 9”-a qoşulmaq üçün "C9” yazıb 777-yə göndərmək və ya 777#9#YES yığmaq lazımdır. "CavanNar 6”-ya qoşulmaq üçün isə "C6” yazıb 777-yə göndərmək və ya 777#6#YES yığmaq kifayətdir. 

Qeyd edək ki, "CavanNar” tarifinə qoşulan abunəçilər hazırda ölkədə ən geniş şəbəkələrdən birinə malik olan "Nar”-ın 4G şəbəkəsindən istifadə etməklə tam keyfiyyətdə yararlana bilərlər. Bakı və Abşeron yarımadası ilə yanaşı, 47 bölgə "Nar”-ın 4G şəbəkəsi ilə təmin edilib. 

 "CavanNar” tarifi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb. 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol