• $
  • €
  • ₽
  • ₺
  • £

"Əgər dərmanın tərkibi dəyişdirilib keyfiyyəti aşağı salınırsa..." - Gömrük rəisi

"Əgər dərmanın tərkibi dəyişdirilib keyfiyyəti aşağı salınırsa..." - Gömrük rəisi
14.03.2019 22:30
Bu gün dünya iqtisadiyyatında hər bir ölkə özünün istehsal etdiyi məhsulu digər tərəfə ixrac edərkən onun rəqabətə davamlılığını realizə etmək üçün bu və ya digər üsullardan istifadə edir. Bu da təbii və qəbulolunandır.

Anews.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin gömrük tariflərinin tənzimlənməsi və ödənişlər baş idarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov "Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusunda keçirilən təlimin ikinci günündə Azərbaycana gətirilən bəzi dərman vasitələrinin qiymətinin mənşə ölkəsindən ucuz olması məsələsinə aydınlıq gətirərkən deyib.

M.Vahabov qeyd edib ki, Çin bu və ya digər eyni adda məhsul istehsal edir: "Ancaq buna baxmayaraq, tərkibi tamam başqadır. Həmin məhsulu ABŞ-a daha baha qiymətə satır. Çünki sifarişi hər bazara uyğun olaraq istehsal edir. MDB məkanı üçün isə daha fərqli qiymətdir. 

İsveçdə orta aylıq əməkhaqqı 3000 və ya 5000 dollardır. Əlbəttə ki, öz ölkəsi üçün sözügedən dərmanının 30 avro olması məqbuldur. Bu, onlar üçün böyük bir hal deyil.

Ümumilikdə isə gömrük orqanı marjanı nəzərə almaqla gömrük dəyərləndirməsini həyata keçirir. Onu satan da, istifadəçisi də Azərbaycan vətəndaşıdır. Nəzarət edirik ki, kənarlaşmalar olmasın. O baxımdan kimsə burada sui-istifadəyə yol verə bilməz. Əgər kimsə bunu edirsə, deməli, vicdanı yoxdur.

Xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslər ərzaq məhsulundan tutmuş sənaye məhsullarına kimi müxtəlif sifarişlər verir. Bunun müqabilində  də ölkəyə idxal olunur. Biz də gömrük orqanı olaraq buna müdaxilə edə bilmərik. 

Dərmanların tənzimlənməsi Tarif Şurasının xətti ilə həyata keçirilir. Əgər dərmanın tərkibi dəyişdirilirsə və  keyfiyyəti aşağı salınırsa, buna aidiyyatı qurumlar məsuliyyət daşıyır. İnsan sağlamlığına necə  təsir etdiyini isə fərd özü müəyən edə bilər. Əgər təsvirlə düzgün deyilsə, fərd özü məhsulu aldığı yerə şikayət edə bilər. Bu, böyük bir mexanizmdir".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol