• $
  • €
  • ₽
  • ₺
  • £

Ərinin Aysellə eşq yaşadığını deyən qadın görün kimin nəvəsi çıxdı

Ərinin Aysellə eşq yaşadığını deyən qadın görün kimin nəvəsi çıxdı
15.03.2019 21:22
13 illik əri Elçin Nəcəfovun müğənni Aysel Əlizadə tərəfindən əlindən alındığını iddia edən Turanə Nəcəfova bəzi qaranlıq məqamlara aydınlıq gətirib.

Anews.az Milli.Az-a istinadən xəbər verir ki, Turanə hər şeyi olduğu kimi efirdə danışıb:


"2017-ci il fevralın 7-si mən xəbər tutdum ki, yoldaşım artıq məhkəməyə müraciət edib. Onda artıq ayrı yaşayırdıq. Amma bilmirdim ki, ayrılmaq üçün məhkəməyə verib. Məhkəmədən məktub gəldi, məhkəmə məni çağırdı. Mən də qarşılıqlı olaraq iddia ərizəmlə məhkəməyə müraciət etdim. Məhkəmə həmin ilin noyabr ayının 8-i yekunlaşdı. Qətnamədə "İki azyaşlı qızlar anasında qalsın" qərarı çıxarıldı. Qızım zeynəbi özü ilə Gürcüstana apardı. Yanvarın 6-sı gəldi. Dedim qızım hanı. Dedi ki, "Zeynəb yoxdur, daha gəlməyəcək. Səni istəmir. Balaca qız Mədinəni də götür get". Dedi "Sən özün də bilirsən ki, mənim başqa sevdiyim qadın var. Mən artıq səni istəmirəm, evdən çıx". Mən də "Mən çıxmıram, övladım haradadır gətir. Mən övladımla bu evdə oturacam, siz özünüz çıxın".


2018-ci ildə yoldaşımın bütün maşınlarına, əmlakına həbs qoyuldu. Vəkilim dedi "Qarşı tərəf razılığa gəlir. Sizlə barışıq sazişi bağlamaq istəyir. Bu şərtlə saziş bağlayır ki, sizi hələlik kirayə evlə təmin edəcək".


Biz ailə quranda, o, o qədər də varlı deyildi. Ən çox biz ailə qurandan sonra hər şeyi oldu. Bu vaxta kimi bu məsələni utandığım üçün ictimailəşdirmirdim. Utandığımdan bunu edə bilmirdim. Ailəmdən, uşaqlarımdan utanırdım".


Xoşqədəm Turanə ilə bağlı maraqlı detalı açıqlayıb:


"Turanə tanınmış ailənin qızıdır. Nənəsi vaxtı ilə deputat olub". 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol