• $
  • €
  • ₽
  • ₺
  • £

AzTV-də daha bir kadr islahatı - baş direktor işdən çıxarıldı - FOTO

AzTV-də daha bir kadr islahatı - baş direktor işdən çıxarıldı - FOTO
16.03.2019 09:52
AzTV-nin sədr əvəzi Rövşən Məmmədli keçmiş sədr Arif Alışanovun daha bir kadrını işdən çıxarıb.

Anews.az Bakupost.az-a istinadən xəbər verir ki, yeni rəhbər bu dəfə AzTV-nin informasiya proqramları departamentinin baş direktoru Faiq Hüsiyevi vəzifəsindən azad edib. Bildirilir ki, Hüsiyevə işdən öz ərizəsi ilə, könüllü ayrılmaq təklif olunub, lakin baş direktor bu təklifə sərt reaksiya verib və televiziyada qalmaqal yaranıb.

Buna baxmayaraq, F.Hüsiyev baş direktor vəzifəsindən azad edilib. R.Məmmədli F.Hüsiyevi AzTV-nin TV və Radio Akademiyasına rektor təyin edib.
Qeyd edək ki, F.Hüsiyev bu təyinata qədər həmin akademiyada rektorun səlahiyyətlərini icra edib.


Məsələ ilə bağlı açıqlama verən F.Hüsiyev sədrlə arasında qalmaqal yaşandığını təkzib etsə də, baş direktor vəzifəsindən azad edildiyini təsdiqləyib: 

"Mən öz ərizəmlə informasiya proqramları departamentindəki vəzifəmdən ayrılmışam. Ardınca da TV və Radio Akademiyasının rektoru təyin edilmişəm. Sədr Rövşən Məmmədli münasibətlərimiz çox yaxşıdır, heç bir narazılıqdan söhbət gedə bilməz. Akademiyanın işini böyüdürük. Ona görə də mən öz istəyimlə bura gəlmişəm”.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol