• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər onu etməmişdi, Füzulinin icra başçısı etdi – DƏHŞƏTLİ VİDEO

Ermənilər onu etməmişdi, Füzulinin icra başçısı etdi – DƏHŞƏTLİ VİDEO
29.05.2020 09:11
Füzulinin icra başçısı Alı Alıyev insanlığa zidd əmələ imza atıb.

Anews.az arqument.info-ya istinadla xəbər verir ki, icra başçısı Horadiz qəsəbəsində yaşı bir əsrə yaxın olan nadir ağac növünə aid 10-larla Xan çinarı ağacını kəsdirib.
Bu barədə rayon sakini Nəsimi Hüseynov məlumat verib.
O, bununla bağlı prezidentə də müraciət etdiyini bildirib.
N. Hüseynov deyib ki, Horadiz şəhərinin mərkəzi küçəsi hesab olunan "20 Yanvar” küçəsində 1950-ci illərdə əkilmiş 15-ə yaxın Xan çinarı kəslib, yox edilib.
O, azfakt.com-a bildirib ki, "20 Yanvar” küçəsindəki çinarlar rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin göstərişi ilə kəsilib.
Məlumata görə, Alı Alıyev 100 illik ağacları ona görə kəsib ki, guya Xan çinarları Horadiz şəhəri "20 Yanvar” küçəsinin hasarlarının görünüşünə mane olurmuş: "Çinarlar kəsilən zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları buna müdaxilə etməyə çalışıb, amma Alı Alıyev onları ərazidən qovdurub. Görünür, prezident İlham Əliyevin ağacların kəsilməməsi ilə bağlı dəfələrlə etdiyi xəbərdarlıqları Alı Alıyev qulaqardına vurub. Belə olmasaydı, icra başçısı prezidentin xəbərdarlığına nəzərə alaraq Xan çinarlarını kəsdirməzdi…”
Videonu çəkən şəxs qeyd edir ki, qəsbənin ermənilər tərəfindn işğalı zamanı düşmən belə bu ağaclara dəyməyib. Qəsəbədəki digər ağaclar kəsilib yadırılsa da, ermənilər xan çinarlarına toxunmayıb.
Çinar ağaclarının kəsilməsini əks etdirən video görüntülər sosial şəbəkələrdə də yayılıb.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol