• $
  • €
  • ₽
  • ₺
  • £

Meydan TV-nin rəhbəri Prezidentə təşəkkür etdi: “Çox istərdim ki, Azərbaycana qayıdım”

Meydan TV-nin rəhbəri Prezidentə təşəkkür etdi: “Çox istərdim ki, Azərbaycana qayıdım”
17.03.2019 14:00
Meydan TV-nin rəhbəri Emin Milli Prezident İlham Əliyevə təşəkkür edib.
Anews.az Azxeber.com-a istinadən xəbər verir ki, prezidentin əfv sərəncamı sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb. Müxalifyönlü şəxslər də bu sərəncama görə Prezidentə təşəkkür edib.
Hazırda xaricdə yaşayan blogger, Meydan TV-nin rəhbəri Emin Milli Prezidentə təşəkkür statusu yazıb. Həmin statusu təqdim edirik:
İlham Əliyevə təbrikim.
İlham Əliyevi hər zaman tənqid edən bir vətəndaş kimi, bu gün ona xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bizim mübarizəmizin, ictimai fikrin böyük rolu var, amma Əliyevin son addımları və bu addımı da onun özünün cəsarətli qərarlarıdır. Demokratik ölkələrdə hər zaman ictimaiyyətin fikri nəzərə alınır və heç bir prezident buna diqqət ayırdığı üçün zəif, gücsüz hesab edilmir.
Azərbaycanda 127 siyasi məhbus var. Onların günahsız həbsə atıldığı istər ölkə ictimaiyyətinə, istərsə də beynəlxalq aləmə bəllidir. Hesab edirəm ki, bu gün onların bir qisminin azad edilməsi zəifliyin deyil, məhz real siyasi gücün və özünə əminliyin nümayişidir.
100-150 insanı həbsdə saxlamaqla nə hakimiyyət alınır, nə də itirilir. İlham Əliyevi dəvət edirəm bu siyasi xətti davam etdirsin və Azərbaycanı yavaş-yavaş real islahatlara doğru aparsın.
Çox istəyərdim ki, Azərbaycana qayıdım və İlham Əliyevdən belə real islahatlar haqqında Meydan TV-də canlı intervyu alım. İlham Əliyev bunları etsə, həm ölkədə, həm də dünyada çox pozitiv, güclü, qorxmaz və maraqlı bir lider kimi böyük rəğbət qazanar və bütün Azərbaycanı irəliyə aparar.
İlham Əliyev 16 ildir hakimiyyətdədir. Ancaq indi, məhz hakimiyyətinin 16-cı ilində baş verən bu dəyişikliklər onun hakimiyyətini daha da möhkəmlədə bilər.
Mən siyasətçi deyiləm və mənim üçün kimin hakimiyyətdə olması yox, ölkənin necə idarə olunması daha vacibdir. Hər zaman düzü tərifləyib, səhvi göstərən biri kimi bu gün İlham Əliyevi ictimai fikrə önəm verərək, belə bir addım atdığı üçün təbrik edirəm. İnanıram ki, bir gün o Meydan TV-də müsahibə verəcək və tariximizdə yeni bir mərhələnin gəldiyini bəyan edəcək.
Düşünə bilərsiz ki, mən xəyalpərəstəm. Ola bilər. Amma mən səmimi inanıram ki, hər kəs dəyişə bilər və ətrafını da müsbət istiqamətdə dəyişdirər. Davamı gəlsin”

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol