• $
  • €
  • ₽
  • ₺
  • £

BNA: Bakının Nobel prospektində yeni dönmə yerləri açılıb, piyada keçidləri təşkil edilib

BNA: Bakının Nobel prospektində yeni dönmə yerləri açılıb, piyada keçidləri təşkil edilib
20.03.2019 11:28
Nobel prospektinin Həzi Aslanov və Sadıqcan küçələri ilə kəsişməsində təşkil edilən sola və ya geriyə dönmə yerləri nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) ONA-ya verilən məlumata görə, svetoforla nizamlanan geriyə dönmə yerlərinin ətrafında piyada keçidləri də təşkil edilib.

Artıq prospektin qeyd edilən hissələrində piyadalar rahat və təhlükəsiz şəkildə qarşı tərəfə keçə bilərlər. Hərəkətin tənzimlənməsi üçün geriyə dönmə yerlərinin ətrafında müvafiq yol nişanları qoyulub və nişanlanma işləri aparılıb.
 
Qeyd edilən tədbirlər mütəxəssislərimiz tərəfindən Nobel prospekti "Nargilə dairəsi” adlanan ərazidə nəqliyyat yükünün azaldılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə hazırlanan layihəyə çərçivəsində həyata keçirilib. Belə ki, artıq "Nargilə dairəsi"nə avtomobillərin girişi azalacaq.
 
Layihənin icrası "Nargilə dairəsi" adlanan ərazidən keçən 6 müntəzəm marşrut xətti üzrə hərəkət edən 100-dən artıq avtobusun hərəkət intervalındakı gecikmələrin də nisbətən azalmasına səbəb olacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol