Paytaxtın bu rayonuna elektrik enerjisi fasilələrlə veriləcək

"Bu gün saat 10:30-dan 14:30-a qədər Xəzər rayonunun Buzovna, Nardaran və Bilgəh qəsəbələrinin bir hissəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq".
Anews.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Yaranacaq narahatlığa görə "Azərişıq" abunəçilərdən üzr istəyib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























