• $
  • €
  • ₽
  • ₺
  • £

İlahiyyatçı Taleh Bağırzadənin xanımı ilə bağlı qalmaqal – Rəsmi açıqlama

İlahiyyatçı Taleh Bağırzadənin xanımı ilə bağlı qalmaqal – Rəsmi açıqlama
29.05.2020 07:34
Penitensiar Xidmət Qobustan həbsxanasında cəza çəkən ilahiyyatçı Taleh Bağırovzadənin (Bağırov) həyat yoldaşı Leyla İsmayılzadə barədə məlumat yayıb.
Məlumatda deyilir ki, L.İsmayılzadə martın 21-də üç övladı ilə birlikdə həbsxanaya həyat yoldaşının yanına gedərkən uşaq oyuncaqlarının arasından mobil telefon və danışıq kartı aşkarlanıb: "Hazırda Penitensiar xidmətin Həbsxanasında cəza çəkən məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd "Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilmişdir”.

HəbsxanaPenitensiar Xidmətdən bildirilib ki, bununla əlaqədar araşdırmalar aparılır.

Məlumatı dəqiqləşdirmək üçün L.İsmayılzadənin özü ilə əlaqə saxlamaq mümkün olmayıb. Ailə üzvləri Bizimyol.info-ya bildiriblər ki, o, həyat yoldaşı ilə qısamüddətli yox, uzunmüddətli görüşə gedib və hələ də övladları ilə birlikdə həbsxanadadır. Bu səbəbdən onun telefonu qapalıdır.
T.Bağırova aparılan sovqat və əşyaların arasından mobil telefon tapılmasına gəlincə, yaxınları bunu L.İsmayılzadənin telefon keçirmək cəhdi kimi qiymətləndirilməsini düzgün saymır.

"Üçgünlük görüşə gedəndə Talehin kiçik oğlu Abbasın oyuncaqlarını da aparırlar ki, bu müddətdə orada oynaya bilsin. O telefon da uşağın babasının köhnə telefonudur. Ondan oyun oynamaq, yəni oyuncaq kimi istifadə edirdi. Atırdı o biri oyuncaqlarının arasına. Penitensiar Xidmətin məlumatında da yazılıb ki, uşağın oyuncaq çantasında olub. Uşaqdı atıb, Leyla da fikir verməyib. Leyla İsmayılzadə bilərəkdən heç vaxt belə səhv eləməz. Birincisi, özü istəməz, ikincisi də bilir ki, Talehin yanına gələnləri necə yoxlayırlar”,- deyə T.Bağırovun ailə üzvləri Bizimyol.info-ya bildiriblər.
T.Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, altı nəfərin öldüyü əməliyyat zamanı həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsində daha 17 nəfərlə birlikdə mühakimə edilib və qəsdən adam öldürmə, dövlət çevrilişinə cəhd, terrora çağırış və s. ittihamlarla təqsirli bilinərək, 20 il azadlıqdan məhrum olunub. Lakin o, özünü təqsirli bilmir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol