• $
  • €
  • ₽
  • ₺
  • £

“Şərurlu İsfəndiyar” aprel şəhidinin evini ailəsinin əlindən aldı - Ali Məhkəmədən sensasion qərar

“Şərurlu İsfəndiyar” aprel şəhidinin evini ailəsinin əlindən aldı - Ali Məhkəmədən sensasion qərar
29.05.2020 10:51
Ali Baş Komandan, prezident İlham Əliyevin verdiyi son sərəncamlardan biri də məhkəmə-hüquq sistemində islahatlar aparılması ilə bağlıdır. Hamı bilir ki, məhkəmələrimiz rüşvət yuvasıdır, hətta həbsxanadan əfvə düşən adamlardan da pul alıb, sonra adlarını siyahıya yazırlar. Bunu vicdanı olmayan bəzi hakimlər və vicdanını itirən bəzi ədliyyə məmurları edirlər.


Bu gün də Ali Məhkməyə kassasiya şikayəti verən aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə qarşı qanunsuz qərar çıxarılıb. Qanunsuz qərarın çıxarılmasına isə iş adamı "Şərurlu İsfəndiyar" sifariş verib. Belə ki, bir neçə il bundan əvvəl Sənan Axundov sağlığında Kamran MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra "Kamran” MMC-nin işçiləri fırıldaq etdiklərinə görə cinayət işi başlanılıb və binanın 11 mərətəbsini "Şərurlu İsfəndiyar” alıb. Və əlavə 5 mərtəbə də tikib. Sakinlərlə şərti belə olub ki, binadakı mənzillər üçün yenidən onun istədiyi qiymət ödənilməlidir.


Sənan Axundov sağ olanda öz hüququnu qoruyub və məhkəmələrin birində qanuni qərar çıxarılıb ki, binadakı 50 kvadratmetirlik yerin sahibi onun özüdür. "Şərurlu İsfəndiyar” isə dayanmayıb...


Sənan şəhid olandan sonra "Şərurlu İsfəndiyar” onun ailəsini məhkəməyə verib və məhkəmə prosesini qazanıb.


Yeni tərkibli hakimlər belə qərar çılxarıblar ki, iddiaçı ailənin əlindəki sənədləri "Kamran” MMC verdiyinə görə saxta sayılır. Lakin eyni sənədlərlə binada öz haqqını tələb edib, mənzilinə sahib olan digər adamlar da var.


Həm də ki, bina sakinlərinin hamısı "Kamran” MMC dən aldıqları sənədləri, "Şərurulu İsfəndiyar”ın şirkətinin verdiyi sənədlərlə əvəzləyiblər.


Şəhid Sənan Axundovun ailəsi bir neçə dəfə binada özlərinə aid olan yerdə təmir-bərpa işləri aparıblar. İsfəndiyarın qoçuları isə bu otaqları vurub-uçurublar. Hətta əri ölən qadının düşdüyü hal da onları pis niyyətlərindən, bəd əməllərindən çəkindrməyib.


Bu günə qədər aparılan müxtəlif məhkəmə çəkişmələrinin sonunda, Ali Məhkəmə yenidən "Şərurlu İsfəndiyar”ın xətri inciməsin deyə, onun xeyrinə qərar çıxararaq, şəhid ailəsinin adına olan 50 kvadratmetirlik yeri əllərindən aldı.


Cənab Ali Məhkəmə sədri Ramiz Rzayev, axı siz o şəhidin xanımını dinləmişdiniz, bilirdiniz ki, 50 kvadratmetirlik sahə bütün qanun-qaydayla şəhid ailəsinindir. Budurmu sizin ədalətiniz? Budurmu məhkəmə islahatlarına gedən proseslərin ilk işartısı? Canını vətən yolunda qurban verən şəhidin 2 yetiminə düşən 50 kvadratmetirlik sahəsini necə yeyəcəksiniz? Bəlkə unutmusunuz ki, Qarabağ uğrunda döyüşə gedən insanlar övladlarını, ailələrini dövlətə, Konstitusiyaya və qanuna həvalə edib gedirlər. Siz də onlar döyüşdüyünə görə isti kreslolarınızda rahat oturub bəzən qanunsuz qərarlara imza atırsınız.(bakupost.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol