• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat qızların yayılan videosundan danışdı: “...hamımızın videosunu”

Deputat qızların yayılan videosundan danışdı: “...hamımızın videosunu”
29.05.2020 05:50
Çılpaq qızların videosu yayıldı, cəmiyyətdə bir keçici çalxalanma yaratdı, bunu tirajlayanlar qınağa və ya marağa tuş gəldi, iş elə gətirdi ki, bahalı maşınlarının nömrəsindən adamları tapmaq da çətin olmadı. Ortaya çıxan nəticəni sadəcə əxlaq prizmasından dəyərləndirmək doğru olmazdı. Bu, Azərbaycanda sosial və digər şərtlərdən yaranmış acınacaqlı bir gerçəklikdir, narkomaniya və fahişəlik əvvəlki illərdən fərqli olaraq təsir coğrafiyasını xeyli genişləndirib. Burada diqqqət yetiriləsi əsas məqam budur ki, həmin videonu bütün personajları normal orta və yaxud ali təhsil almayıblar. Fahişəsi də, iş adamı da savadsızdırlar, təhsilsizdirlər. Çünki normal təhsili olan insan ən azı öz kriiminalının açılması üçün belə ipucu verməməlidir. 

Eyni durum "Kazbek"i dolduranların klipinə də aid oluna bilər. Oynayan qadınların kimliyini araşdırsanız, tam əminliklə söyləyirəm ki, normal təhsil almamış insanlardır. Hansısa əxlaqsız əməllərin sahibi ola bilərlər, lakin təhsil və təlimi yerində olan ən azı özünü təqdimatın bu cür bayağı formasını seçə bilməz. 

İş burasındadır ki, idmançısı da, müğənnisi də, teleaparıcısı da, jurnalisti də, bələdiyyəçisi də, deputatı da lazımi keyfiyyətli təhsil mərhələsindən keçmədikdə büsbütün cəmiyyəti öz xəstəlik virusuna tabe etdirir. Hələ elm sferasında, pedaqoji arenada yüzlərlə qadına diplomun alisini peşkəş ediblər, əksər akademikin, professorun, böyük səlahiyyət sahiblərinin, pullu kimliklərin ailəsindən, qohum əqrabasından bir çox insan ən azı fəlsəfə doktorudur, məmurların əhəmiyyətli hissəsi normal təhsil almadan bir neçə ali təhsil diplomu daşımaqdadırlar, sonradan bunların əziyyəti bütünlükdə cəmiyyətin üzərinə düşür. Təhsil, təlim, elm anlayışımızı dəyişməyincə çox çətin olacaq axırımız. 

Hərdən məndən soruşanda ki, "axırımız necə olacaq?", öz-özümə gülümsəyirəm ki, nə qədər sadəlövh olasan ki, bu axarımızın elə axırımız olduğunu görməyəsən, sezməyəsən. Məktəbə qayıtmalıyıq, məktəbə. Məktəbdəki yaramaz müəllimləri təmizləyib layiqli müəllimləri yenidən dirçəldərək millətin baştacına çevirə bilməsək, hamımızın videosunu deyil, ətini paylaşacaqlar... Ermənilər, ruslar, farslar, avropalılar, amerikalılar...31 martda, 20 yanvarda, Xocalıda olduğu kimi...


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol