• $
  • €
  • ₽
  • ₺
  • £

Elinanın ölümü ilə bağlı cinayət işində yeni iddialar

Elinanın ölümü ilə bağlı cinayət işində yeni iddialar
29.05.2020 01:22

14 yaşlı Elina Hacıyevanın intiharı ilə bağlı istintaq işinin geniş dairəni əhatə edəcəyi haqda bir gün qabaq məlumat verən "Yeni Sabah”agentliyi xəbər  verir ki,  açılan cinayət işi  təkcə 162 saylı məktəbin rəhbərliyi və bir sıra məktəbliləri əhatə etmir.

Hadisə ilə bağlı prokurorluq geniş araşdırma aparıb və nəticədə ortaya valideyn və məktəb nəzarətindən kütləvi şəkildə kənara çıxmış yeniyetmələrin olduğu aşkarlanıb. 

Bəlli olub ki, 13-17 yaşlı bir qrup məktəbli mütəmadi olaraq gecə klublarına gedir, burada zərərli vərdişlərə başlayırlar. 

Hüquq mühafizə orqanlarının əməkdaşları bir sıra bar və gecə klublarının təhlükəsizlik kameralarının qeydə aldığı görüntüləri izləyib və azyaşlıların qeyri etik hərəkətlərə  davamlı olaraq baş verdiyinin şahidi olublar. Kamerada görünən bütün yeniyetmələrin ifadələrinin alınacağı bildirilir.

Bütün bunlardan sonra isə onların bu hərəkətlərinə şərait yaradan gecə klublarının sahiblərinin də istintaqa cəlb ediləcəyi gözlənilir. Bundan əlavə uşaqların yaşadığı ərazinin sahə müvəkkilləri, polis idarəsinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Komissiyası da məktəblilərlə bağlı müvafiq rəylərini istintaqa təqdim ediblər.

Maraqlıdır ki, intihar hadisəsi baş verənə qədər aidiyyatlı qurumlar və ən əsası da valideynlər övladlarının qeyri-normal həyat tərzlərinə vərdiş etməmələri üçün niyə heç bir addım atmayıb? 

Xatırladaq ki, 14 yaşlı Elina Hacıyeva özünü məktəbin üçüncü mərtəbəsindən ataraq həlak olub.  Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol