• $
  • €
  • ₽
  • ₺
  • £

"Yasin Quliyevin MİT-də oxumasına dəstək olaq" - Qubad İbadoğludan çağırış

"Yasin Quliyevin MİT-də oxumasına dəstək olaq" - Qubad İbadoğludan çağırış
29.05.2020 00:20
"Türkiyənin Sabancı Universietinin bakalavr pilləsində təhsil almaq üçün 56 min dollar (bu Universitetdə xarici tələbələr üçün 1 illik təhsil haqqı 18 min dollardır) məbləğində tam təqaüd qazanan 17 yaşlı azərbaycanlı Yasin Quliyevin uğuru yalnız onun, ailəsinin və mənim də vaxtıilə məzun olduğum məktəbin deyil, həmçinin Azərbaycanın adına uğurdur". 


Qaynarinfo-nun verdiyi xəbərə görə, bu sözləri tanınmış iqtisadçı Qubad İbadoğlu bildirib.


"Verilən açıqlamalardan gədiyim qənaət ondan ibarətdir ki, Yasin ABŞ-ın bir çox universitetlərindən qəbul alsa da, Türkiyənin Sabancı Universitetini seçib, çünki, yalnız bu Universitet onu təhsil haqqı ödəməkdən tam azad edib. Bununla yanaşı, Yasin ABŞ-ın Massaçusets Boston, İllinoys, Şimali Florida Universitetlərindən də qəbul alıb. Göründüyün kimi onlar arasında dünyaca məşhur Massaçusets Texniki Universiteti (MİT) vardır, lakin həmin Universitet onu təhsil haqqının 82 faizindən azad edib. Çox istərdim ki, Azərbaycanın talantlı gənci Yasin Quliyev ABŞ-da MİT-də təhsil alsın. Odur ki, burdan Təhsil Nazirliyinə, yerli fondlara və donorlara, iş adamlarına, xeyriyyəçilərə müraciət edirəm, gəlin Yasin Quliyevin bir çox reytinq cədvəllərində dünya üzrə ilk onluqda qərarlaşan MİT-də (The Times Higher Education World University Rankings 2019 görə, dünyanın 1250 seçilmiş Universiteti arasında MİT 4-cü, Sabancı isə 351-400-cü yerdədir) təhsil almasına dəstək olaq. Unutmayaq ki, bu cür istedadlı gənclərin təshilinə edilən töhfə ölkəmizin gələcəyinə qoyulan ən qiymətli sərmayədir. Mən də öz tərəfimdən ABŞ-da Yasinin qarşılayıb, yerləşdirilməyi öhdəmə götürürəm. Mətbuatdan da xahişim odur ki, bu təşəbbüsün ictiamiləşməsinə dəstək versinlər. 


Yeri gəlmişkən bir zəruri qeyd etmək istərdim. Birincisi, Yasin Quliyevi şəxsən tanımıram, kaş o vaxtında xaricdə təhsil şirkətinə deyil, mənə müraciət edəydi, mən onun ABŞ Universitetlərindən tam təqaüd qazabmasında üçün yardımımı da əsirgəməzdim" - deyə Q.İbadoğli bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol