• $
  • €
  • ₽
  • ₺
  • £

"Ofisiant işləyib anama baxıram" - Təhsil haqqını ödəyə bilməyən tələbə kömək istəyir

"Ofisiant işləyib anama baxıram" - Təhsil haqqını ödəyə bilməyən tələbə kömək istəyir
28.05.2020 22:49
Təhsil haqqını ödəməyə imkanı çatmadığı üçün universitetdən xaric olunan gənc "femida.az”a müraciət edib.

Ucar rayonu, Bərgüşad kənd sakini Anar Hümmətlinin sözlərinə görə, 2013-cü ildə Asiya Universitetinə qəbul olunub. 2015-ci ildə həmin universitet bağlandıqdan sonra Təhsil Nazirliyinin xətti ilə tələbələr Azərbaycan Universitetinə köçürülüb.

Ailənin maddi vəziyəti çətin olduğundan Anar Hümmətlinin təhsilində iki dəfə fasilə yaranıb. 

"Tarix fakültəsinin tələbəsiyəm. 2017- ci ilin yanvarından təhsil haqqını ödəməyə imkanım çatmadığından təhsilimi dayandırdım. Bakıda anam və bacımla birgə kirayədə yaşayırıq.

Ailəmizi dolandırmaq üçün restoranda ofisiant işləyirəm. Bu qazancla illik 2500 manat təhsil haqqını ödəməyə gücüm çatmır. Universitetdə təhsildən, davranışdan çox razıyam.

Burada oxuyan tələbə heç bir maneə ilə qarşılaşmır. Mənim problemim təhsil haqqı borcumla bağlıdır. Əvvəlki illərin təhsil haqqını qohumların, yaxşı insanların köməkliyi ilə ödədik.

İndi sonuncu kursdayam. Universitetə 3818 manat təhsil haqqı borcum var. Bunu ödəyə bilmədiyim üçün dərslərə buraxılmıram. 2019-cu ilin fevralından mənə xəbərdarlıq edilmədən universitetdən xaric edildim. Tələbə krediti götürmək istəyirdim.

Bizim Universitet həmin şəbəkəyə qoşulmadığı üçün o xidmətdən istifadə edə bilmədim. Təhsilə, gənclərə önəm verən şəxslərdən xahiş edirəm ki, mənim təhsil haqqımın ödənilməsinə kömək etsinlər.

Mətbuatda tez-tez Mehriban xanım Əliyevanın humanist addımlarını görürüəm. Ümid edirəm ki, mənə də kömək olacaq. Universitetə daxil olmaq üçün çox əziyyət çəkmişəm. Arzum odur ki, bitirəm və Tarix müəllimi işləyəm".

Gəncə kömək etmək istəyən şəxslər üçün məlumatları təqdim edirik:

VÖEN: 1500505261

ATABANK ASC

VÖEN 9900006651

M/h AZ50 NA BZ013 501 000 000 000 32944
M/h AZ 09ATAZ 012 000 520 410 001 400 60

SWIFT BIK ATAZAZ 22

Tələbə: Hümmətli Anar İntiqam oğlu 
Əlaqə nömrəsi: 0508822335
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Cəmiyyət 12:27
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Cəmiyyət 12:23
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Cəmiyyət 12:22
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Cəmiyyət 12:19
Oyuncaqların təhlükəsizliyi reqlamenti 6 ay sonra tam qüvvəyə minəcək
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Cəmiyyət 11:30
Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cəmiyyət 10:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:13
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol