• $
  • €
  • ₽
  • ₺
  • £

“Meydan TV”nin rəhbəri Emin Milli istefa verib

“Meydan TV”nin rəhbəri Emin Milli istefa verib
28.04.2019 18:00
Əlvida Meydan TV!
Mən hesab edirəm ki, hakimiyyətdə də, müxalifətdə də, mediada da, QHT-lərdə də olan rəhbərlər 20-30 il ərzində eyni vəzifədə qalmamalıdırlar.
Heç 5 ildən çox eyni vəzifədə qalmaq məsləhət deyil. Bu liderlər öz yerlərini daha gənc, daha bilikli, daha çevik kadrlara verib getmək üçün özlərində cəsarət tapmalıdılar.
Hər bir liderin ən böyük uğuru vaxtında vəzifəsindən getməkdir və arxasında elə bir komanda qoymağdır ki, o komandanın artıq sənə ehtiyacı olmasın və onlar sənsiz də işləri davam etdirə bilsinlər və daha da uğurlu olsunlar.
Düzdür risklər var, amma sən getməsən, buna cəhd etməsən, inkişafa və proqresə də imkan verməyəcəksən və nə qədər uğurlu olduğunu heç vaxt bilməyəcəksən.
Meydan TV Azərbaycanda ən uğurlu layihələrdən biridir. Meydan TV-nin bir-iki milyon izləyicisi var, ən etibarlı məlumat mənbəyidir, insanların gündəlik problemlərinin həlli üçün də Meydan TV bir ümid yerinə çevrilib.
Bu layihə şəxsən mənim üçün çox böyük və qürurverici idarəçilik təcrübəsi oldu.
Bu uğur ilk növbədə bizim cəsarətli jurnalistlərimizin, redaktorlarımızın, işçilərimizin zəhməti və verdikləri qurbanların hesabına mümkün olub.
Bu həbsdə olan Əfqan Muxtarlının uğurudur, işgəncələrə məruz qalan Şirinin və bir çox başqa qəhramanlarımızın uğurudur.
Adlarını çəkə bilməsəm də, bu bütün bizimlə işləyən qəhramanlarımızın uğurudur.
Bu həm də bizi bu illər ərzində dəstəkləyən hər kəsin uğurudur.
Bunu bəlkə anlamasalar da belə, bu Meydan TV-yə qarşı vuruşanların da bir uğurudur.
Yeri gəlmişkən onu da deyim ki, Meydan TV-nin maliyyə problemləri olduğu haqqda yayılan məlumatlar tam yalandır.
Bu 6 ildə Meydan TV-də heç bir korrupsiya ya yeyinti halları olmadığı üçün bizim beynalxalq donorlar arasında ən təmiz imicimiz olduğu üçün, uğurlu layihə olduğumuz üçün bizim elə bir problemimiz də yoxdur.
Çox istəyirik ki, saytımıza daxil olub daha çox ianələr verəsiz ki, daha çox işlər görə bilək, xalqın səsi daha da ucadan gəlsin, amma bu genişlənmək və güclənmək üçün lazımdır. Heç kim bu məqamları səhv salmasın.
Bu illər ərzində bizi və məni dəstəkləyən hər kəsə bir daha səmimi olaraq təşəkkür edirəm! Bizi bir çox çıxılmaz vəziyyətlərdən çıxarda bildiz, biz də Sizlərin hesabına mümkünsüzü mümkün etdik, bağlı bir ölkədə azad media qura bildik.
Bundan sonra işsiz olacam, iş axtaracam və düşünəcəm ki, Azərbaycan üçün, xalqımız üçün, cəmiyyətimiz üçün necə faydalı ola bilərəm.
Bu dünyada harda işə düzələcəyimnən və ya hansı yeni iş/layihə quracağımnan asılı olmayaraq hər zaman olduğu kimi Azərbaycana, xalqıma, dövlətimə xidmət edəcəm.
İdman, yoqa və meditasiya ilə də hərdən məşqul olacam. Sizə də məsləhət görürəm. Eşq!


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol