• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 8 nəfərin öldüyü hadisə ilə bağlı yeni faktlar üzə çıxdı - Onlar hara tələsirdi?

Azərbaycanda 8 nəfərin öldüyü hadisə ilə bağlı yeni faktlar üzə çıxdı - Onlar hara tələsirdi?
29.05.2020 05:02
Dünən Göygöl rayonu ərazisində, Daşkısın-Gəncə yolunun bu rayondan keçən hissəsində baş vermiş dəhşətli yol qəzasında ölən 8 nəfər bu gün dəfn edilib.

Qəzaya düşən "VAZ 2107"də ölən Daşkəsən rayon Mollahəsənli kənd sakinləri - 1995-ci il təvəllüdlü Eldəniz Gəray oğlu Həsənov, onun övladı 2018-ci il təvəllüdlü Rübabə Eldəniz qızı Həsənova, sürücünün nənəsi - 1934-cü il təvəllüdlü Firəngiz Dəmir qızı Orucova və xalası, 1958-ci il təvəllüdlü Nahidə Qəzənfər qızı Orucova bu gün kənd qəbiristanlığında dəfn edilib.

Həmin avtomobillə toqquşan "VAZ-2106"da vəfat edən sürücü, 1986-cı il təvəllüdlü Aslan Əbülfət oğlu Camalov, 1949-cu il təvəllüdlü Həmid Səməd oğlu Bayramov, sürücünün həyat yoldaşı 1995-ci il təvəllüdlü Sevinc Mehman qızı Camalova və övladı, 2016-cı il təvəllüdlü Hüseyn Aslan oğlu Camalov isə Gəncədə torpağa tapşırılıb.

Qəza nəticəsində E.Həsənovun həyat yoldaşı 1991-ci il təvəllüdlü Ruhiyyə Ramiz qızı Həsənova isə ağır xəsarətlər alıb və hazırda Gəncədə xəstəxanada müalicə olunur.

Bildirilir ki, qəzaya düşən ailələrdən biri övladını həkimə, digəri isə sünnət olunmaq üçün aparırmış.

Belə ki, işdən bir neçə günlük məzuniyyət götürən eldəniz Həsənov həyat yoldaşı və yaxın qohumları ilə birgə 1 yaşlı qızı Rübabəni peyvənd olunması üçün xəstəxanaya aparırmış. Digər avtomobili idarə edən Aslan Camalov da məzuniyyətə çıxıbmış və 2 yaşlı oğlunu sünnət olunması üçün xəstəxanaya aparırmış.

Dəhşətli hadisə ilə bağlı cinayət işi açılıb, ilkin araşdırma zamanı qəzaya sürücülərdən birinin ötmə əməliyyatını düzgün icra etməməsi və maşınların qəzadan yayınmaq istəyərkən qarşı-qarşıya toqquşması səbəb olub. (publika.az)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol