• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbhəyanı bölgələrdən olan uşaqlara psixoloji xidmət göstəriləcək

Cəbhəyanı bölgələrdən olan uşaqlara psixoloji xidmət göstəriləcək
13.05.2019 22:58
"Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Cəbhəyanı bölgələrdən olan uşaqlara psixoloji xidmətlərin təşkili” adlı layihənin icrasına başlayıb.

Anews.az-a İctimai Birlikdən verilən məlumata görə, layihənin məqsədi işğaldan əziyyət çəkən uşaqların həyatlarına müsbət dəyişiklik üçün onların psixoloji durumlarının yaxşılaşdırılmasına dəstək vermək və məsələnin ictimailəşdirilməsi üçün məlumatlandırma kampaniyasının aparılmasıdır. Bu məqsədlə Tərtər və Ağdamda yaşayan 50 uşaq üçün 3 ay müddətində psixoloji xidmət təşkil ediləcək, işğal faktorunun uşaqların həyatındakı neqativ dəyişiklikləri əks etdirən sosial çarx hazırlanacaq və Bakıda səfirliklərin, beynəlxalq təşkilatların, dövlət qurumlarının iştirakı ilə 1 günlük konfrans keçiriləcək.

"Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi həyata kecirdiyi layihələri ekspert rəyləri, araşdırma nəticələri və benefisiantların təklifləri əsasında formalaşdırır. Mövcud layihə təşkilatın Tərtər rayonunda həyata keçirdiyi tədbir zamanı icra strukturları və əhali tərəfindən qaldırılmış problemin həllinə dəstək üçün hazırlanıb. Layihənin əsas ictimai əhəmiyyətlərindən biri beynəlxalq təşkilat və qurumların diqqətinə işğal faktorunun uşaqların psixoloji durumuna vurduğu ziyanı catdırmaqdır. Eyni zamanda İctimai Birlik kölgədə qalan, lakin gələcəkdə böyük problemə səbəb olan bu məsələyə ictimayyətin və müvafiq qurumların diqqətini cəlb etmək və orada yaşayan əhaliyə daimi psixoloji yardım xidmətinin yaradılmasına calışaq.(publika.az)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol