• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdən balıqçılara çağırış

Nazirlikdən balıqçılara çağırış
13.05.2019 16:19
"Niyə balıqçılar düşünmürlər ki, kürütökmə dövründə balığın ovlanması onun kökünün kəsilməsi deməkdir? Məgər bunun üçün hansısa elmi yanaşmaya ehtiyac var? Hamıya bəllidir ki, kürüsü olan balıq ovlanırsa yüzlərlə körpə balıq məhv edilir. Nəticədə ildən-ilə balıq növlərinin sayı
azalır. Bu da ölkənin balıq ehtiyatlarının məhvinə şərait yaradan bir hərəkətdir".
 
Anews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. Onun sözlərinə görə, indi balıqların kürütökmə dövrü olduğu üçün sentyabrın 1-dək sənaye balıq ovu qadağan edilib. Lakin brakonyerlər tərəfindən yenə də qəddarcasına balıq ovlanması halları müşahidə olunur: "Hamılıqla belə düşüncəsiz addım atan şəxslərin qarşısını almalıyıq. Anlamalıyıq ki,
balıqların kortəbii ovlanması az bir vaxtda qarşısıalınmaz fəsadara səbəb olacaq”.
 
Nazirliyin sözçüsü vurğulayıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazəsiz balıq ovu ilə məşğul olan, qadağan olunmuş ov alətlətindən istifadə edən, nəzərdə tutulmayan yerlərdə balıq ovlayan brakonyerlərin qarşısını almaq üçün mütəmadi reydlər keçirir və saxlanılanların işi prosedura uyğun olaraq tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilir:
 
"Təkcə son 4 ay ərzində 42 iş hüquq-mühafizə orqanlarına göndərilib. Amma bir-iki qurumun əməkdaşının dənizin və çayların bütün nöqtələrini qoruyub brakonyerləri aşkar etməsi fiziki olaraq mümkün deyil, bu işdə cəmiyyətin bütün təbəqələrinin sayıqlığı vacibdir. Bir məsələni də qeyd etmək istərdim ki, bir çox hallarda bəzi vətəndaşlar rastlaşdıqları brakonyerlərin görüntüsünü çəkərək yayırlar. Düzdür, bu da lazımdır, lakin bundan daha önəmlisi onları qınaq etmək, dərhal polisə və ya Nazirliyə məlumat verməkdir. Məncə, bu cür yanaşma daha effektiv və faydalı olar".
 
İradə İbrahimova əlavə edib ki, balıq və digər su bioresurslarının sənaye məqsədləri ilə ovlanması kürütökmə dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, daxili su hövzələrində aprel ayının 1-dən, Xəzər dənizində isə may ayının 1-dən sentyabr ayının 1-dək qadağandır:
 
"Hər bir vətəndaşı balıq ehtiyatlarının qədrini bilməyə, faunamıza düşmən münasibət bəsləməməyə və gələcək nəsillər üçün onu qorumağa
çağırırıq”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol