• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyinin qarşısında tək başına etiraz edən şəxsə bağlı - AÇIQLAMA

Səhiyyə Nazirliyinin qarşısında tək başına etiraz edən şəxsə bağlı - AÇIQLAMA
29.05.2020 09:36
Ötən gün Teymur Kərimov Səhiyyə Nazirliyinin qarşısında tək başına etiraz aksiyası keçirib. Anasının onkoloji xəstəlikdən əziyyət çəkən T.Kərimov iddia edir ki, yaşlı qadının müalicəsi, qanla təmin olunması üçün həkimlər külli miqdarda pul tələb edib. O isə maddi imkanı kifayət etmədiyi üçün nazirliyin binası önündə paltarlarını soyunaraq, onları satışa çıxarıb. 

Səhiyyə Nazirliyi T.Kərimovun ittihamlarına rəsmi münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən Anews.az-averilən məlumata görə, sözügedən şəxs iki ay əvvəl anasının müalicəsi ilə əlaqədar Səhiyyə Nazirliyinin Qəbul şöbəsinə müraciət edib və şöbə müdiri tərəfindən qəbul edilib.
"Onun anasına dövlət hesabına mümkün olan müalicə kursları yazılıb.
Belə ki, xəstə, 1963-ci il təvəllüdlü Fiqurə Kərimova, 2019-cu ilin fevral ayından ET Hematologiya və Transfuziologiya institutunda çoxsaylı mielom, 3-cü B mərhələsi, xroniki böyrək çatışmazlığı diaqnozu ilə dispanser qeydiyyatına alınıb. Diaqnoz laborator - qanın ümumi müayinəsi, biokimyəvi müayinələr, immunoloji testlər, sümük iliyinin müayinəsi, instrumental və klinik müayinələr əsasında qoyulub.
Xəstəyə protokol üzrə VCD (velkeyd, sikofosfan, deksametazon) kursu aparılıb, bununla yanaşı, xəstəyə bifosfonatlar, eritropoetin, eritrosit və trombosit kütləsi transfuziyaları aparılıb. Hazırda xəstə ambulator müalicədədir.

Protokol üzrə xəstəyə dörd kurs ambulator müalicə aparılıb. Xəstə xroniki böyrək çatışmazlığı ilə əlaqədar dializ müalicəsi alır.
Edilən müalicəyə baxmayaraq, xəstənin oğlu Teymur Kərimov nazirliyin mətbuat xidmətinə zəng edərək, xidmət əməkdaşlarından biri ilə telefon danışığını yazmasını və həmin yazını sosial şəbəkələrdə yayacağı ilə şantaj edib.

Şənbə günü isə nazirliyin qarşısında səs-küy salaraq anasına edilən müalicələrin pullu olmasını iddia edib. Bu adamın nazirliyə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və həqiqətə uyğun deyil. Xəstəyə aparılan müalicə kursları müasir protokollara uyğun olaraq aparılır.
Protokola daxil olan preparatlar innavasion dərman preparatlarıdır (hədəf terapiyası). İnstitut bu preparatlarla Onkohematoloji xəstələrə yardım Dövlət proqramının həyata keçirilməsi ilə tam təmin olunur.

Onu da qeyd edək ki, Teymur Kərimovun anası və digər ailə üzvləri müayinə və müalicələrlə bağlı heç bir narazılıq bildirməyib. Hematologiya İnstitutundan mətbuat xidmətinə bildiriblər ki, Fiqurə Kərimovanın müalicə kursları protokollara uyğun olaraq davam edir”.(buta.media)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol