• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Parka məzunları gözləyənlər məyus oldular – FOTO

Milli Parka məzunları gözləyənlər məyus oldular – FOTO
14.06.2019 21:48
Bildiyimiz kimi bu gün ölkənin bütün ümumtəhsil məktəblərində "Son zəng” mərasimi qeyd edilir.

Bizimyol.info xəbər verir ki, "Son zəng” mərasimi Bakı məktəblərində də xüsusi təntənə ilə qeyd edilib. Lakin qeyd olunan mərasimdən sonra şəhərin mərkəzinə, eləcə də parklara əylənməyə gedən məzunların sayında ötənilkinə nisbətən azalma müşahidə olunub.
Bizimyol.info əməkdaşı Bakının Dənizkənarı Milli Parkında müşahidələr və park ərazisində fəaliyyət göstərən iaşə obyektlərinin sahibləri ilə söhbətləşmə aparıb.

Əməkdaşımız öncə kafe-restoran tipli obyektlərdə olub. Obyekt sahibləri də bu il izdihamın az olmasından gileyləniblər. Onlar deyirlər ki, ötən ilə nisbətən qiymətlər o qədər qalxmasa da müştəri sayında kəskin azalma qeydə alınıb:
"Ötən iı bu saatlarda məzunlar kafemizi demək olar ki, tam doldurmuşdular. Hətta 2 dənə öncədən sifarişimiz də vardı. Banket hazırlamışdıq. Xatırlayıram, müştərilərimiz axşama doğru o qədər çox olmuşdu ki, masalarımız belə tamamilə dolmuşdu. Bu il, yəni bu gün müştərimiz sayılacaq qədər az olub. Ümid edirik ki, axşama doğru müştərilərimizin sayı artar”.

Park ərazisində dondurma və su satanlar da müştərilərin alıcılıq qabiliyyətindən narazıdır. Deyirlər ki, əvvəlki illərə nisbətən bu il alıcılıq qabiliyyəti nisbətən aşağı düşüb:
"Alıcılıq qabiliyyəti çox aşağıdır. İstəmirik fikrimiz yalnış anlaşılsın amma çox az adam bizdən su və dondurma alır. Ən çox dondurma alanlar isə məhz turistlərdir”.

Atraksionlarda da boşluq idi. Hətta bir neçə atraksionun kassası ümumiyyətlə işləmirdi. Azyaşlıların, eləcə də gənclərin daha çox sevimli atraksionu olan "Viking”-də isə yeniyetmələrin qışqırıq səsləri eşidilirdi. Kassir elə də şikayətçi olmadı. Deyir digər atraksionlara nisbətən "Viking”ə maraq daha çoxdur:

"Digər atraksionlardan daha çox "Viking”-ə maraq olur. Düzdü ötən ilin bu günü ilə, bu ilin bu günü arasında fərq var, ötən il daha çox müştərimiz vardı. Hətta növbə də vardı. Bu il isə durğunluqdur. Ola bilər hava çox istidir, ona görə seyrəklikdir. Ən çox axşam saatlarında, havanın sərin olan saatlarında hər kəs parka üz tutur. Ona görə də axşana doğru müştərilərimizin artacağını gözləyirik”.

Dənizkənarı Milli Parkın "Mirvari”si də sahilə lövbər salmışdı. Polis nəfəri əməkdaşımıza bildirib ki, havanın isti olmağına baxmayaraq külək əsməsi gəminin səyahətinə mane olur. Bu səbəbdən də saat 17:00-dan sonra gəminin səyahətə çıxacağının gözlənildiyini bildirdi.

Əməkdaşımızın parkdan çəkdiyi fotoşəkilləri oxucularımıza təqdim edirik:
 
 








www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol