• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı taksi sürücüsü rusiyalı polkovniki soydu - Video

Azərbaycanlı taksi sürücüsü rusiyalı polkovniki soydu - Video
18.06.2019 11:32
Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Çindəki rəsmi nümayəndəsinin müavini Moskvada taksi sürücüsü tərəfindən qarət olunub.
Bu barədə Life.ru yerli hüquq-mühafizə orqanlarından olan mənbəyə istinadən məlumat yayıb

Belə ki, zərərçəkən vətənində keçirdiyi məzuniyyətin başa çatması ilə əlaqədar Çinə geri dönməyi planlaşdırıb. İyunun 14-də səhər tezdən taksi tutub. Müşahidə kamerasına düşmüş görüntüdə onun taksiyə mindiyini görmək olur. İki saatlıq yoldan sonra polkovnik-leytenantın halı pisləşib, burnundan qan açılıb.Taksi sürücüsü ona maşından düşməyi təklif edib və üzünü yumağa kömək edib. Ancaq üzünü təmizlədikdən sonra sürücü onu yolun kənarında tərk edib.
Maşında sərnişinin bir neçə bank kartı, sənədləri (Rusiya pasportu və Çində yaşamaq icazəsi) və hədiyyələri qalıb. DİN-in yüksək çinli zabiti hadisə ilə bağlı polisə şikayət edib. Taksi sürücüsü tapılaraq saxlanılıb. Onun 59 yaşlı azərbaycanlı olduğu müəyyən edilib.

Sürücü polisə verdiyi ifadədə bu əməlini ağır maddi vəziyyəti ilə izah edib. O, sərnişinin sənədlərini zibil yeşiyinə atıb. Həmçinin, bəzi əşyaları yolda olan səfilə verdiyini bildirib. Onların heç birini tapmaq mümkün olmayıb. Polkovnik-leytenantın "iPad”ini isə özünə götürüb.
DİN zabiti hazırda sənədlərinin yenidən hazırlanması ilə məşğuldur. Azərbaycanlı taksi sürücüsü isə ölkəni tərk etməmə barədə iltizamnamənin alınmasından sonra şərti azad edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol