• $
  • €
  • ₽
  • ₺
  • £

Baxçadan qovulan müəllimə intihar etmək istəyir - VİDEO

Baxçadan qovulan müəllimə intihar etmək istəyir - VİDEO
21.06.2019 16:10
Sumqayıt şəhər sakini Aytəkin Bayramova əsaslı səbəb göstərilmədən işdən qovulduğunu iddia edir.

Baku TV-nin müsahibi 4 saylı bağçada dayə köməkçisi kimi işləyib. Bir müddət işlədikdən sonra ali təhsilli olduğu üçün tərbiyəçi keçmək istədiyini bildirib. Bununla bağlı o, yeni müdir təyin edilən Gülnar Əliyevaya müraciət edib.

Aytəkin Bayramovanın dediyinə görə, bununla razılaşmayan müdir müxtəlif bəhanələr gətirərək, onun işdən çıxarılması barədə göstəriş verib.

A.Bayramova deyir ki, xəstə övladını tək başına - yalnız buradan aldığı 94 manatla böyüdürmüş.
Əlacsız vəziyyətdə qalan Aytəkin Bayramova intihar həddinə çatdığını deyir.
TV əməkdaşları məsələni aydınlaşdırmaq üçün sözügedən bağçaya yollanıb. Çəkiliş üçün jurnalistlərin gəldiyini görən bağça işçiləri qapını bağlayaraq, suallara cavab verməkdən yayınıblar.

Daha sonra jurnalistlər Sumqayıt şəhər İcra Hakimiyyətinə yollanıblar. İcra başçısının birinci müavini Teymur Səmədov problemdən məlumatlı olduqlarını deyib. O, məsələnin nəzarətə götürüldüyünü bildirib.

O, işdən azad olunan Aytəkin Bayramovanın gələn həftədən etibarən daha yüksək məvacibli işlə təmin olunacağını vəd edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol