• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda növbəti “Dəli pir” biabırçılığı - FOTOLAR

Azərbaycanda növbəti “Dəli pir” biabırçılığı - FOTOLAR
24.06.2019 17:04
"Qaloş piri” haqqında mətbuatda çoxlu məlumatlar və video materialların yayılmasından az keçmiş buna oxşar hadisə Xaşmaz rayonunda qeydə alınıb.  
 
Belə  ki, Xaçmaz rayonunun Vələmir kəndində  insanlar meşədə yerləşən ağaca yaxınlaşaraq ondan imdad, şəfa diləyirlər. Bildirirlər ki, həmin ərazidə Şeyx Ömər Baba adlı şəxsin və Şeyx nəslindən olan daha iki nəfərin məzarı yerləşir. Buna görə həmin yer insanların arasında müqəddəs yerə çevrilib. Hətta buranı "Dəli pir” də adlandırırlar. Burada insanlar əski, parça, alt paltarları, üst geyimləri, papaqlar, uşaq əmzikləri, yaylıq və papaqlar gətirir. Dua edib həmin əşyaları ağacın budaqlarından asırlar. 
 
Anews.az məsələ ilə bağlı Xaçmaz rayon bələdiyyəsi ilə əlaqə saxlıyaraq məsələyə aydın gətirməyə çalışdı. Bələdiyyədən adının çəkilməsini istəməyən bələdiyyə nümayəndəsi bildirdi ki, burda qəribə bir şey yoxdur.  "Burda nə var? Məgər siz ilk dəfədi belə bir şey görürürsünüz? İnsanların inanclarıdır əsrlər boyu bu olub və normaldır” . Məsələ ilə bağlı Vələmir kənd bələdiyyəsi isə mövzuya aydınlıq gətirməkdən imtina etdi.
 
Hüquqşünas Xəyal Bəşirov mövzuya münasibət bildirərək bildirib ki: "Azərbaycanda din dövlətdən ayrıdır. Hər kəsin dini etiqad azadlığı var. Hər kəs istədiyi dinə uğun olaraq sitayiş edə bilər. Qanunvericiliyə görə bununla bağlı heç bir qadağa yoxdur. Lakin bu hallardan istifadə edən şəxslər cinayət məcəlləsinin 178 maddəsi ilə məsuliyyətə cəlb oluna bilər. İnsanların inanclarından istifadə edən şəxslər dələduzluq etmiş sayılır. Bu cür inanclardan sui – istifadə edənlər subuta yetirilsə bu zaman dövlət qurumları məsələyə qarışa bilər. Misal üçün psixoloq İlham Mirzəyevi göstərmək olar ki, insanların inamından istifadə edərək dələduzluq etmə maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. 

Onu da qeyd edim ki, belə hallar ən çox rayonlarda baş verir. Rayon icra nümayəndəliyinin bu məsələ ilə bağlı heç bir səlahiyyəti yoxdur. Yalnız dələduzluq halı sübut olunduğu halda həmin şəxsi 2 ildən 7 ilə qədər həbs cəzası gözlüyür”.
 





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol